En son xeberler

Lavrov  və Bayramov Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamənin icrasını müzakirə edib

 

   Bakı/21.03.22 Martın 21-də Azərbaycan Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ceyhun Bayramov Sergey Lavrov regiondakı mövcud vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə ediblər.

Nazirlər Ukrayna ətrafındakı vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

  Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, söhbət zamanı “Rusiya Azərbaycan prezidentləri tərəfindən fevralın 22-də imzalanmış Qarşılıqlı Müttəfiqlik  haqqında Bəyannamənin müddəalarının icrası” müzakirə olunub.

 Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin “əsas” müddəalarının icrasını, habelə Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını nəzərdən keçiriblər.

   Tərəflər həmçinin “3+3” regional platforması (Azərbaycan – Ermənistan – Gürcüstan + Rusiya – İran – Türkiyə) çərçivəsində gələcək addımları müzakirə ediblər.

    Həmin gün Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da telefon danışığı olub. Azərbaycan, Ermənistan Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ciddi şəkildə yerinə yetirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına tezliklə başlanmasının  vacibliyi vurğulanıb.

“Regionda nəqliyyat iqtisadi əlaqələrin bərpa olunması bir daha təsdiqləndi. Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin bağlanması məsələsinə toxunulub, Rusiya buna hər cür kömək göstərməyə hazırdır”, Rusiya Xarici İşlər Nazirliyi xəbər verir. -02D-


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button