En son xeberler

Elon Musk insanların Marsa nə zaman uçacaqları məsələsində yeni tarix təyin edib

    Görünür, Elon Musk yaxın zaman ərzində SpaceX-in raketi vasitəsilə Marsa astronavtların yollanacağına əmin deyil. Elon Musk bildirib ki, onun fikrincə insanlar Marsa ilk dəfə 2029-cu ildə ayaq basacaqlar. Lakin hələ keçən ilin dekabr ayında o bildirmişdi ki, artıq 2024-cü ildə insanları Marsa göndərməyi planlaşdırır. Artıq aydın məsələdir ki, Musk bu planı 2024-cü ildə reallaşdırmayacaq. Əgər Musk öz raketi vasitəsilə insanları 2029-cu ildə Marsa göndərə bilsə, bu, unikal bir tarix olar. Çünki 2029-cu ildə ilk insanın Aya enişindən 60 il ötəcək.

    Musk-ın Twitter-dəki abunəçilərindən birinin Marsa uçuş tarixi barəsində sualına o, məhz 2029-cu ili qeyd edib. Əgər astronavtlar SpaceX-in raketi vasitəsilə bu onillikdə Marsa eniş edə bilməsələr, bu layihəni 2030-cu illərə ertələmək lazım gələcək. Bu isə Musk üçün əlavə narahatlıq deməkdir. Belə ki, NASA da Marsa astronavtları məhz 2030-cu illərdə göndərməyi planlaşdırır. Musk-ın bu məsələdə daimi olaraq tarix dəyişdirdiyini nəzərə alsaq, 2029-cu ildə Mars uçuşunun dəqiq şəkildə reallaşacağını güman etmək çətindir. Buna görə də sadəcə olaraq qeyd edilmiş müddətə kimi səbrlə gözləmək lazımdır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button