En son xeberler

Avropada Rusiya neftinə embarqo məsələsində fikir ayrılığı var

İttifaq istehlak etdiyi neftin 40 faizini hələ də Rusiyadan alır

Avropa İttifaqının liderləri martın 21-də keçirdikləri müşavirədə Rusiya neftinə embarqo qoyulması məsələsində ortaq məxrəcə gələ bilməyiblər.

Almaniya İtaliya Rusiya neftindən son dərəcə asılı olduqlarını bildiriblər.

Avropa İttifaqı ölkələri indiyədək Rusiya üzərinə mərkəzi bankın aktivlərinin dondurulması da daxil son dərəcə ağır sanksiyalar elan ediblər.

Avropa liderlərinin müşavirəsi ərəfəsində Aİ-nin xarici işlər komissarı Josep Borrell Ukraynada Mariupol şəhərinin Rusiya qoşunları tərəfindən mühasirəsini bombardmanını “hərbi cinayət” adlandırmışdı.

Reuters yazır ki, bununla belə Aİ üzvləri ABŞ Britaniya kimi Rusiya neftinə tam qadağan qoyulması barədə razılığa gələ bilməyiblər.

İttifaq istehlak etdiyi neftin 40 faizini hələ də Rusiyadan alır.

Baltik ölkələri narazı qalıb

Lakin bir sıra Aİ ölkələri Rusiya neftinə embarqo qoyulmasına dair məsələdə razılaşma əldə olunmamasını əsəbi qarşılayıblar.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Twitter-də yazıb:

“Avropa niyə Putinə neft qazdan pul qazanması üçün daha çox vaxt verməlidir? Avropa limanlarından istifadə üçün ona niyə vaxt verilməlidir? Nə üçün Avropada sanksiyasız Rusiya bankları qalmalıdır? Bunu qurtarmağın vaxtıdır”.

Lakin Borrell bildirib ki, Avropa İttifaqı Rusiyanın təcrid olunmasını davam etdirir, amma daha konkret addımlar az sonra atılacaq.

Bir Aİ diplomatı bildirib ki, ittifaq iyun ayınadək alternativ enerji mənbələri tapa biləcək bu vaxt neft embarqosunu da qoymaq olar.

Lakin Avropa İttifaqı üzvləri bu tarix barədə də fərqli mövqedədirlər.

Başqa sanksiyalar müzakirə edilir

Almaniya Niderland bildiriblər ki, indiki vəziyyətdə Rusiya neftinin idxalını dayandıra bilməzlər.

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib:

“Almaniya Rusiyadan böyük həcmdə neft alır. Lakin Rusiya neftinin idxalını dərhal dayandıra bilməyən başqa ölkələr də var”.

Nazir deyib ki, Aİ bunun əvəzində Moskvadan enerji asılılığını azaltmaq üzərində işləməlidir.

Buna baxmayaraq Aİ Rusiyaya qarşı başqa sanksiyaları götür-qoy edib.

Bunlardan biri də Rusiya oliqarxlarının sanksiyalardan yayınmaq üçün istifadə etdikləri fondların bağlanması sanksiya siyahısının uzadılmasıdır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button