En son xeberler

Unun qiyməti durmadan artır – Artıq 40 manatı keçib

Bir sıra bölgələrdə unun qiymətində artım var. Xüsusilə qərb bölgəsində bu mənzərə hökm sürür. Tovuz, Qazax, Ağstafa Gədəbəy rayonlarında 50 kq-lıq əla növ unun satış qiyməti 40 manatı keçib. Alıcılar bir neçə gündür unu baha qiymətə aldıqlarını bildirirlər.

Satıcılar isə qiyməti çox artırmadıqlarını deyirlər.

Mövcud vəziyyət əksər çörəkbişirmə sexlərinə də təsir edib. Unun bahalaşması ya mağazaların satışı dayandırması sexlərin də işini ləngidir.

Bənzər mənzərə Gəncədə də hökm sürür. Unun qiymətində əvvəlki həftələrə nisbətən 2 manata yaxın bahalaşma var.

Qeyd edək ki, bir necə gün öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, dünyada baş verən iqtisadi siyasi hadisələr nəticəsində qlobal idxal bazarlarında ərzaqlıq buğdanın qiymət artımı müşahidə olunur. Bununla belə, ölkədə bayramqabağı ərzaq məhsullarına tələbatın yüksəlməsi fonunda yerli un un məhsulları satışı bazarında mövcud vəziyyətdən sui-istifadə hallarının qiymətlərin əsassız olaraq dəyişilməsinin qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər ciddi nəzarət tədbirləri həyata keçirilir. Bu sahədə kartel sövdələşmələri, qiymət manipulyasiyaları digər antiinhisar qanunvericiliyinə zidd hərəkətlərin əlamətləri aşkar edildiyi təqdirdə təxirəsalınmaz sərt addımlar atılacaq.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button