En son xeberler

Rusiyanın daha 22 milyardı batdı

Fransa hakimiyyəti Rusiya Mərkəzi Bankının 22 milyard avro məbləğində vəsaitini, habelə Qərb ölkələrinin anti-Rusiya sanksiyalarına məruz qalan fiziki şəxslərin hesablarını daşınmaz əmlakını dondurub.

Bu barədə bazar günü Fransanın İqtisadiyyat Maliyyə naziri Bruno Le Mer məlumat verib.

“Biz Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurduq. Biz həmçinin Fransanın maliyyə qurumlarında fiziki şəxslərin hesablarındakı 150 milyard avro məbləğində vəsaiti blokladıq”, – deyə nazir RTL radiostansiyanın efirində deyib.

Onun sözlərinə görə, Fransada 30-a yaxın rusiyalıya məxsus “yarım milyard avroluq” daşınmaz əmlak dondurulub.

The post Rusiyanın daha 22 milyardı batdı appeared first on 24 saat.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button