En son xeberler

Bayden Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb

Bakı/19.03.22  Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “ Hörmətli cənab Prezident, Sizə Azərbaycan xalqına sevincli firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.

Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.

Birləşmiş Ştatlar hökuməti adından Sizə Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm”.-0-

 

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button