En son xeberler

Bakıda ağır qəza törədən sərxoş sürücü: “Doğrudan iki nəfər ölüb?”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb: “Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi MAN markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaqdoldurma daşıyan yük avtomobili hərəktdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri – “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Səbuhi Şəfiyev hadisə zamanı sərxoş olub. O, istintaqa verdiyi ifadəsində hadisənin necə baş verdiyini xatırlamadığını bildirib. Müstəntiqin hadisə zamanı digər nəqliyyat vasitəsində olan iki nəfərin öldüyünü bildirəndə S.Şəfiyev məsələyə “Doğrudan iki nəfər ölüb?” deyərək təəccübünü gizlədə bilməyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button