En son xeberler

Moskva və Kiyev nədə anlaşa bilər?

Bu həftə Rusiya ordusu Ukraynada əhəmiyyətli irəliləyiş əldə edə bilməyib, hücum əməliyyatlarının sayı azalıb, hava artilleriya hücumları seyrəlib. Britaniyanın Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ukrayna hərbçilərinin qızğın müqaviməti ilə üzləşən Rusiya qoşunları, böyük ehtimalla, hücum əməliyyatlarını təşkil etməkdə çətinlik çəkir. Britaniya hərbi kəşfiyyatı isə işğalçı ordunun Ukraynada verdiyi canlı itkilərin yerinin doldurulması üçün tədbirlər gördüyünü açıqlayıb. Ehtimala görə, Rusiya səfərbər etməyə çalışdığı yeni canlı qüvvənin köməyi ilə indiyədək ələ keçirdiyi əraziləri saxlamağa çalışacaq.

ABŞ-ın müdafiə rəsmilərindən biri isə mətbuata bildirib ki, Rusiyanın Ukraynadakı hücumu divara dirənsə də, Kreml geri çəkiləcəyinə dair heç bir ümid vermir. Hücum əməliyyatlarında yaranmış texniki logistika çətinliklərinə rəğmən, Rusiya döyüşlərin intensivliyini azaltmır.

Beləliklə, müharibə davam edir, paralel olaraq Türkiyə Avropa liderlərinin Rusiya rəhbərliyi ilə atəşkəs sülh müzakirələri aparır. İki gün əvvəl Türkiyə Xarici işlər naziri M.Çavuşoğlu Moskvada Kiyevdə həmkarları S.Lavrov D.Kuleba ilə görüşüb. Nazir bildirib ki, razılığa gəlmək mümkündür, hər iki tərəfin geri çəkilə biləcəyi məsələlər var. 

Dünən isə Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trass Ukrayna ilə Rusiya arasında davam edən danışıqlara skeptik yanaşdığını bildirib. “The Times”-a danışan nazir Rusiyanın bu danışıqlardan öz hərbi qüvvələrinin yenidən qruplaşdırılması hücuma hazırlanması üçün istifadə etdiyi qənaətindədir: “Onlar danışıqlara ciddi yanaşsaydılar, danışıqlar günü dinc əhalini xaotik şəkildə bombalamazdılar. Bizim gördüyümüz rusların öz qüvvələrini yenidən qruplaşdırmaq üçün mühit yaratmaq cəhdidir. Biz rus qoşunlarının çıxarılmasını, yaxud danışıqlar masasında ciddi təkliflər görmürük. Ruslar yalan deyiblər deyəcəklər də. Qorxuram ki, bu danışıqlar növbəti dəfə diqqəti yayındırmaq duman pərdəsi yaratmaqdır”.

Rusiya prezidenti Vldamir Putin Almaniya kansleri Oland Şoltsa şikayət edib ki, Ukrayna sülh danışıqlarını uzadır, Rusiyaya qarşı real olmayan tələblər irəli sürüb, razılıq əldə olunmasını ləngidir. Bu açıqlamadan belə nəticə çıxarmaq olar ki, Kreml rəhbəri sülh razılaşmasının əldə olunmasını istəyir. Çünki Ukraynadakı hərbi itkilərin miqyasını gizlətmək artıq mümkün deyil, son məlumatlara görə, 5 general daxil olmaqla, 15 min nəfər yaxın canlı qüvvə itirilib, 20 mindən artıq yarlı var. Sanksiyalar şəraitində müharibənin maliyyə xərclərini qarşılamaq hər gün daha da çətinləşir. 

Bəs Ukrayna Rusiya arasında atəşkəs sülh mümkündürmü? Tərəflər razılığa gəlmək üçün hansı məsələlərdə geri çəkilə bilərlər? 

 

Politoloq Fərhad Məmmədov hesab edir ki, Rusiyanın Ukraynanı işğal etmək cəhdi üç həftədən çoxdur ki, davam edir Kreml bu fəaliyyətini dayandırmayacaq. Ekspert xatırladır ki, Rusiya hökumətinin danışıqlarla bağlı konkret planı açıqlanmayıb. “Yəni bütün planlar dalana dirənəndə Rusiya hakimiyyəti deyəcək ki, bizim planlaşdırdığımız belədir”, – ekspert əlavə edib.

Politoloq müharibənin əvvəlində elan edilmiş məqsədləri xatırladıb: “Rusiya üçün ən vacib olanı:

– Krımın Rusiyanın ərazi bütövlüyü kimi tanınması;

– “LNR”, “DNR”-in tanınması;

NATO-ya daxil olmamaq zəmanəti.

Bu absurd iddialar da Rusiya tərəfi tərəfindən irəli sürülür:

– Ukraynanın tərksilah edilməsi;

– Denasifikasiya;

– Rus dilinə dövlət statusu verilməsi; 

– Ukraynanın nüvə silahı yaratmaq cəhdinin qarşısını almaq;

–  Slavyanlara qarşı viruslar hazırlayan biolaboratoriyaların ləğvi. Sanki ukraynalılar slavyan deyillər”.

Fərhad Məmmədov deyir ki, Ukraynanın mövqeyi sadə aydındır:

“- Ukraynanın bütün ərazilərinin işğaldan azad edilməsi;

– Xarici siyasət vektorunun sərbəst seçimi.

Ukrayna nə edə bilər, nəyi edə bilməz?

Türkiyə Prezidenti R.T.Ərdoğanın nümayəndəsinin də qeyd etdiyi kimi, bəzi məsələlərdə razılaşmaq olar. Onların arasında absurd olanlar da var, bəs necə, Kalinin dediyi kimi, “Rusiya üçün sifətini saxlamaq lazımdır”:

NATO-ya daxil olmamaq: deyə bilərik ki, razılaşma var. “Sifətini xilas etmək üçün” qondarma öhdəliklər, məsələn ölkənin qeyri-nüvə statusunun təsdiqi də irəli sürülə bilər. Əslində bilirik ki, Ukraynanın gündəmində belə bir məsələ yoxdur.

– Bioloji laboratoriyaların bağlanması – onların bağlanacağına dair qərarlar yazmaq mümkündür;

– Denasifikasiya – Ukrayna hansısa formada nasizmi qəbul etmədiyini bəyan edə bilər”.

Politoloqun fikrincə, Ukraynanın tərk-silahı məsələsi ətrafında da ciddi müzakirələr aparıla bilər: “Əlbəttə, Ukrayna xüsusilə müharibədən sonra silahlı qüvvələrsiz qala bilməz. Düşünürəm ki, Rusiyanın əsas tələbi ölkədə NATO raketlərinin yerləşdirilməməsi s.-dir. Amma Ukrayna da öz təhlükəsizliyinin yeni qarantlarını, məsələn, Böyük Britaniya Türkiyəni irəli sürə bilər. Təcrübə göstərdi ki, ölkənin təhlükəsizliyinə qarant durmuş ABŞ, Böyük Britaniya Rusiya öz funksiyalarının öhdəsindən gəlmədi. Rusiya hətta Ukraynanı işğal etməyə qalxdı”.

F.Məmmədov deyir ki, ən ziddiyyətli məsələ Krımın qondarma respublikaların tanınmasıdır. Onun sözlərinə görə, Ukraynanın qanuni hökuməti bununla razılaşa bilməz: “Rusiya qurduğu plana uyğun olaraq Zelenskini əvəzləməli olan marionet hökumətin bunu edəcəyinə ümid edirdi, amma alınmadı. Ukrayna hakimiyyəti bəyan edir ki, Rusiya bütün Ukraynanı işğal etsə belə, heç bir halda Krımı qondarma respublikaların müstəqilliyini tanımayacaqlar. Bu, heç bir halda olmayacaq! Bəs, Rusiya rəhbərliyi ikinci dərəcəli məsələləri qəbul edib, tanınma məsələsini gələcəyə saxlayacaqmı?!

Şübhəsiz ki, Rusiya bu məsələləri gündəmdən çıxarmaq əvəzinə bir sıra məqamları tələb edəcək: Mərkəzi Bankın ABŞ banklarındakı ehtiyatlarına qoyulan sanksiyaların götürülməsi, Rusiyadan Krıma gedən quru yolunun tam silahsızlaşdırılması, fasiləsiz su təchizatının təmin edilməsi. Krımın Rusiya ərazisi kimi qəbul edilməsi  s”.

Politoloq bildirir ki, çox şey cəbhədəki vəziyyətdən asılıdır: “Burada cərəyan edən proseslər həm danışıqlar prosesinə, həm də ölkələrin daxilinə ciddi təsir edə bilər. Vasitəçilər üçün əsas odur ki, hərbi əməliyyatları dayandırsın proses siyasi-diplomatik müstəviyə keçirilsin”.

Turqut

The post Moskva Kiyev nədə anlaşa bilər? appeared first on 24 saat.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button