En son xeberler

Dələduzlar hesabdakı pulları oğurlamaq üçün BU ÜSULA ƏL ATDI

“Cryptorom” adlı cinayətkar dəstə iOS istifadəçiləri arasında kriptovalyutalar üçün saxta tətbiqlərin yayılması ilə məşğul olub. Təhlükəsizlik sistemindən maraqlı üsul vasitəsilə yan keçməklə “Apple” şirkətinin istənilən smartfon planşet istifadəçisi təşkil edilmiş bu kibercinayətin qurbanına çevrilə bilər.

Bu cür kibercinayətin təşkil edilməsində isə “Apple TestFlight” adlı sistemdən istifadə edilib. Sözügedən sistem tərtibatçılara öz tətbiqlərinin “App Store”da istifadəçilər arasında kütləvi şəkildə istifadəyə verməzdən öncə onların beta versiyalarını yaymaqda yardımçı olur.

Dələduzlar isə bu sistemdən istifadə edərək “Apple” şirkətinin xəbəri olmadan istifadəçilər arasında zərərli proqram təminatlarını yayıblar.

“TestFlight” vasitəsilə tərtibatçılar bu ya digər tətbiqin beta versiyasında iştirak üçün 10.000 nəfər istifadəçini dəvət edə bilərlər.

Lent.az xəbər verir ki, bu halda həmin beta versiyalar “App Store” platformasının yoxlanışından keçmirlər. Belə ki, “TestFlight” proqram təminatının tam şəkildə istifadəyə verilməsindən öncə beta test mərhələsindən keçmək üçün nəzərdə tutulub.

Nəticədə Apple şirkətinin xəbəri də olmayıb ki, dələduzlar bu sistemdən istifadə edərək öz zərərli proqram təminatlarını beta test adı ilə istifadəçilər arasında yayıblar. Beləliklə “TestFlight” sisteminə sahib istənilən iOS istifadəçisi zərərli proqram təminatını öz cihazına yükləyə bilər.

Bu sistem üzərindən tətbiqin cihaza yüklənmə prosesi çox sadədir. Belə ki, tərtibatçı istifadəçiləri ayrı-ayrı şəkildə elektron poçt vasitəsilə dəvət etmək əvəzinə yükləmə üçün nəzərdə tutulmuş ümumi link yarada bilər. Sözügedən dələduzluq sxeminin qurbanı olmuş bəzi istifadəçilər bildiriblər ki, onlara “BTCBOX” tətbiqinə bənzəyən bir tətbiqin yüklənməsi təklif edilib.

Qeyd edək ki, “BTCBOX” əslində Yaponiyanın kriptovalyuta birjasının tətbiqidir. Bundan əlavə olaraq mütəxəssislər özlərini kriptovalyuta mayninqi ilə məşğul olan “BitFury” adlı şirkət kimi qələmə vermiş saxta saytları aşkar ediblər.

Həmin saytlar “TestFlight” üzərindən saxta tətbiqlərin yayılmasında iştirak ediblər. Hazırda mütəxəssislər “Cryptorom” adlı dəstənin digər tətbiqlərini axtarmaqla məşğuldurlar./”technote”

24 saat” “
Dələduzlar hesabdakı pulları oğurlamaq üçün BU ÜSULA ƏL ATDI
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button