En son xeberler

Ciddi itkilər var: “kadırovçular”ı evə qaytardılar

Ciddi itkilərdən sonra Rusiya ordusunun çeçen döyüşçülərdən ibarət bölmələri – “kadırovçular” Qroznıya geri qaytarılıblar. Ukrayna KİV-i bu bürədə Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) istinadla xəbər verir.

 “Ukrainskaya Pravda” yazır ki, Rusiya ordusunun çeçen döyüşçüləri – Çeçenistan rəhbəri Ramzan Kadırovun şərəfinə “kadırovçular” adlandırılan dəstələr müharibə zamanı yüzlərlə döyüşü itiriblər.

Azadlıq Radiosu qeyd edir ki, UTX-nin əks-kəşfiyyatı “kadırovçuların” itkilərininin sayını komandirlərinin adlarını açıqlayıb, eləcə də onların Rusiyanın müdaxiləsində detalları barədə məlumat verib.

Rusiyanın bir çox teleqram kanalları martın 13-də Ramzan Kadırovun iştirakı ilə zirzəmidə hərbi toplantı barədə kadrları yayıb. İddia olunurdu ki, çəkiliş Ukrayna ərazisində – Kiyevdən bir neçə kilometr aralıda aparılıb. Amma kəşfiyyat əmindir ki, Kadırov Ukraynada olmayıb. Martın 13 isə məhz o gündür ki, “kadırovçular” Kiyev vilayətindən Belarusa çıxarılıb, oradan isə Çeçenistana qaytarılıb.

Qeyd edək ki, çeçen döyüşçülərinin Ukraynaya müdaxilədə iştirakı barədə müharibənin ilk günlərindən xəbərlər gəlməkdədir.

 

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button