En son xeberler

Bolqarıstan Rusiya qazından imtina etdi

Bolqarıstan Ukraynaya hərbi təcavüzə cavab olaraq Rusiya qazından imtina edir, Azərbaycan, Əlcəzair Qətər qazına keçir. Bu barədə Bolqarıstanın maliyyə naziri Asen Vasilyev ölkənin Milli radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Bolqarıstan “Qazprom”la müqaviləni uzatmayacaq. Müqavilə 2022-ci ilin iyulunda başa çatır. Vasilyev bu qərarın Ukrayna ətrafındakı situasiya Rusiyanın bu ölkəyə qarşı hərbi təcavüzü ilə bağlı olduğunu deyib.

Bolqarıstan Rusiya qazından imtina edərək öz tələbatını Əlcəzair Qətərdən sıxılmış qaz alaraq, eləcə də Azərbaycandan qaz təchizatını artıraraq ödəyəcək.

“Belə vəziyyətdə müqavilənin uzadılmasına dair “Qazprom”a heç bir danışıqlardan söhbət gedə bilməz. Bolqarıstan enerji resurslarını Qətər Əlcəzair kimi alternativ təchizatçılardan ödəyəcək. Habelə Yunanıstan Türkiyə ilə mövcud infrastrukturu işə salaraq sıxılmış təbii qaz alacaq, o cümlədən Azərbaycandan qaz idxalını artıracaq”, – nazir bildirib.

Xatırladaq ki, Azərbaycan 2013-cü ildə bağlanmış müqavilə əsasında TAP kəməri üzərindən Bolqarıstana ildə 1 milyard kubmetr qaz təchiz etməlidir. Lakin  TAP kəməri 2020-ci ilin sonunda işə düşsə də Yunanıstandakı Bolqarıstandakı rusiyameylli qüvvələrin Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəmərinin tikintisini illərlə ləngitməsi ucbatından bu qaz tam həcmdə Bolqarıstana daxil ola bilmirdi.

Bolqarıstanda Rusiyaya bağlı siyasi qüvvələrin seçkiləri uduzmasından yeni koalisiyanın hakimiyyətə gəlməsindən sonra rəsmi Sofiya interkonnektor kəmərini tikən yunan şirkətinin qarşısında işlərin 2022-ci ilin iyun ayına qədər tamamlanmasını qəti tələb kimi qoyub.  Bu da həmin tarixdən etibarən Azərbaycandan nəzərdə tutulan 1 milyard kubmetr qazın hamısını əldə etməyə imkan verəcək. Bu isə Bolqarıstanın qaza olan tələbatının təxminən 30 faizi qədərdir. (Xatırladaq ki, Bolqarıstanın “Bulgargaz” şirkətinin rəhbərliyi Rusiya ilə gizli sövdələşmələrə görə işdən uzaqlaşdırılıb barələrində cinayət işi qaldırılıb, o cümlədən keçmiş baş nazir Boyko Borisov bu günlərdə korrupsiya əməllərinə görə həbs olunub.)

Bundan əvvəl Polşa da Rusiya qazından imtina etmək planını açıqlamışdı. Polşanın baş naziri Mateuş Moravetski martın 18-də bildirib ki, ölkə iqtisadiyyatının “derusifikasiyası” proqramı başladılır. Bu proqram Rusiya neftindən qazından imtinanı da nəzərdə tutur. Polşa hökumətinin strateji energetika infrastrukturu üzrə nümayəndəsi Petr Naimski isə bildirib ki, Rusiya ilə qaz təchizatına dair uzunmüddətli müqavilənin müddəti bu il başa çatır həmin müqavilə uzadılmayacaq. Hazırda Polşa Rusiyadan müqavilə üzrə göstərilmiş həcmin yarısı qədər qaz alır onu alternativ mənbələrin hesabına təmin etmək imkanı var. Polşanın milli energetika şirkəti PGNiG artıq bununla bağlı danışıqlar aparır.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button