En son xeberler

AXCP Təşkilat şöbəsinin əməkdaşı həbs edilib

Bakı/19.03.22 Bu gün, martın 19-da  Bakının Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyevi İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahlı bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Azərbaycan Xalq Cəbhəsinin Mətbuat Xidməti məlumat yayıb.

Elektron məhkəmə portalında yaılan rəsmi məlumata görə, Elxan Əliyev İnxibati Xətalar Nəcəlləsinin 510-cu maddəsi ilə günahlandırılıb . barəsində inzibati tənbeh tətbiq edilib.

Öz növbəsində, AXCP mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, Əliyev həmçinin İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə günahlandırlıb. Çünki 510-cu maddəinin sanksiyasında 15 sutkadan çox inzibati həbs yoxdur.

Polis Elxan Əliyevin hansı şəraitdə hansı səbəbdən saxlanılması ilə bağlı məlumat verməyib.

AXCP Mətbuat xidməti bildirir ki, Elxan Əliyev avtomobili ilə hərəkət edərkən saxlanılıb. 

“O polisin çağırışına tabe olub polslə birgə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gedib. Onun hərəkətlərində polsin çağırışına tabe olmamaq xırda xuliqanlıq əlamətləri ümumiyyətlə oolmaytıb.”

AXCP sədri Əli Kərimli hesab edir ki, partiya fəalının həbsinin səbəbi tənqidi yazılarıdır.

 

“AXCP funksioneri Elxan Əliyevi şərləyərək son 6 ayda 3-cü dəfə 30 sutka müddətinə inzibati qaydada həbs etdilər. Elxan bəyin körpə övladlarını bayram axşamı atasız qoydular. Elxan bəy heç bir qanun pozuntusuna yol verməyib. Tez-tez həbs olunmasının tək səbəbi sərt tənqidi yazılarıdır,” o qeyd edib.

Elxan Əliyev bundan öncə 2021-ci il dekabrın 1-də Bakıda Fəvvarələr meydanında siyasi məhbus kimi tanınan “Saleh Rüstəmliyə azadlıq!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılaraq 20 sutka inzibati həbsə məhkum edilib. -03b-

 

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button