En son xeberler

Gəncədə güclü külək hasarı insanların üzərinə aşırdıb

Gəncədə güclü külək bədbəxt hadisəyə səbəb olub. Belə ki, Gəncə şəhərində, Nizami Gəncəvi prospektində küləyin təsirindən qırmızı kərpicdən hörülən divar yoldan keçən ana azyaşlı qızının üzərinə aşıb. Bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Güclü külək həmçinin bir neçə yaşayış inzibati binanın dam örtüyü dağılıb, bəzi küçə prospektlərdə 10-a yaxın ağac kökündən qopub, bəzilərinin isə budaqları sınıb.

Külək həmçinin elektrik dirəklərini aşırıb, naqilləri sındırıb bu səbəbdən həmin ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırması istiqamətində işlər aparılır. Hazırda şəhər yaxın rayonların ərazisində küləkli hava şəraiti davam edir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button