En son xeberler

Britaniya RT telekanalının lisenziyasına xitam verdi

Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu, avropalıların özləri üçün təhlükəli meyldir

Britaniyanın media tənzimləyicisi Ofcom Rusiyanın dövlət RT telekanalının bu ölkədəki sahibi ANO TV Novosti şirkətinə verilmiş yayım lisenziyasını ləğv edib.

Ofcom-un qərarı verildiyi andan qüvvəyə minib.

Media tənzimləyicisi öz qərarını RT telekanalının qısa müddət ərzində yol verdiyi tərəfsizlik prinsipi pozuntularının “çoxluğu potensial təhlükəsi” ilə izah edib.

Söhbət RT telekanalının Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin başlandığı vaxtdan bəri yaydığı materiallardan gedir.

Hazırda Ofcom RT telekanalının Ukraynadakı müharibə ilə bağlı yol verdiyi 29 mümkün pozuntunu araşdırır.

Ofcom xatırladıb ki, RT Britaniyada bundan əvvəl də sanksiyalarla üzləşib o cümlədən 200 min avro cərimə olunub.

Kreml RT-nin lisenziyasına xitam verilməsini “söz azadlığının kobud şəkildə pozulması” “Amerika Avropada anti-Rusiya divanəliyinin davamı” adlandırıb.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu, avropalıların özləri üçün təhlükəli meyldir.

Parlamentin təzyiqi

Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri Britaniya kabel xidmətlərindən bir çoxu RT-ni efirdıən çıxarıb.

Bundan əvvəl Britaniyanın baş naziri Boris Conson millət vəkillərinin RT yayımlarını qadağan etmək tələblərinə cavab olaraq bildirmişdi ki, bu məsələ hökumətin səlahiyyətində deyil.

Lakin o əlavə etmişdi ki, bu məsələyə baxılması üçün Ofcom-a müraciət edəcək.

Bundan əvvəl RT telekanalının yayımları Avropa İttifaqında qadağan edilib, telekanalın ABŞ-dakı ofisi isə bağlanıb.

Rusiya hakimiyyəti adətən belə hallarda Britaniya yayımçısı BBC-yə qarşı“simmetrik” cavab tədbirləri görüləcəyini bildirirdi.

Lakin Ukraynada müharibə başlanan kimi BBC-nin Rus xidməti Rusiyada bloklanıb.

BBC Rus xidməti bildirib ki, Rusiyaya yayımlarını başqa ölkələrdən davam etdirəcək.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button