En son xeberler

Bayramov və Mora  Cənubi Qafqazdakı vəziyyəti, enerji məsələlərini və Ukraynanı müzakirə edib

Bakı/17.03.22 Xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Görüşdə Azərbaycan Aİ arasında əməkdaşlığın inkişafı, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən siyasi, iqtisadi, energetika digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib”, – deyə məlumatda bildirilir.

C.Bayramov Aİ ilə müxtəlif proqramlar layihələr çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini bildirib. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib.

Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin icrası, layihənin növbəti mərhələdə genişlənməsi imkanları müzakirə olunub.

E.Mora Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb. O, Azərbaycanla qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar innovasiyalar, ticarət, enerji digər sahələri əhatə etdiyini söyləyib.

Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğu, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğu qeyd edilib.

E.Mora Aİ-nin Azərbaycanla bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb. Baş katibin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu bu xüsusda enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda, Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.—06D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button