En son xeberler

Huawei smartfonlarında 5G şəbəkəni təmin edəcək xüsusi keysin ilk real fotosu ortaya çıxıb

    Bir neçə gün bundan öncə xəbər ortaya çıxmışdı ki, Huawei şirkəti öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul vasitəsilə geri qaytaracaq. Belə ki, şirkət 5G dəstəyini reallaşdıracaq xüsusi smartfon keysləri üzərində çalışır. Həmin keyslər öz növbələrində şirkətin aktual gələcək smartfonlarını 5G şəbəkəsi ilə təmin etməlidirlər. İndi isə internetdə sözügedən keysin ilk real fotosu ortaya çxıb. Çinin Weibo adlı sosial şəbəkəsində Huawei P50 Pro-nun fotosu ortaya çıxıb. Ortaya çıxmış fotonun maraqlı tərəfi ondan ibarətdir ki, smartfonun yanında həmçinin xüsusi keys əks olunub həmin keys smartfonun arxa panelinin dizaynını təkrarlayır. Görünür, sözügedən keys smartfonun qalınlığını bir qədər artıracaq onun USB Type-C girişini öz girişi ilə əvəz edəcək. Smartfonlar üçün nəzərdə tutulmuş 5G keyslərin nə zaman satışa çıxacaqları hansı qiymətə satılacaqları barəsində bir məlumat yoxdur. Huawei bu cür aksesuarı artıq bu ay təqdim edə bilər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button