En son xeberler

Daşkənd Ukraynadakı separatçı ‘respublikaları’ tanımır

Martın əvvəlində Qazaxıstan Ukraynaya qoşun göndərməklə bağlı Moskvanın xahişini rədd edib

Özbəkistan Ukraynanın Donbas regionunda qondarma “Donetsk Xalq Respublikası” “Luqansk Xalq Respublikası”nı tanımadığını bildirib, Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsini bitirəcək “dinc həll”ə çağırıb.

Martın 17-də deputatlar qarşısında çıxış edən Xarici işlər naziri Əbdüləziz Komilov tərəfləri münaqişəni “diplomatik yollar”la həll etməyə çağırıb.

“Birincisi, hərbi əməliyyatlar zorakılıq dərhal dayandırılmalıdır. Özbəkistan Respublikası Ukraynanın müstəqilliyini, suverenliyini ərazi bütövlüyünü tanıyır. Biz Luqansk Donetsk respublikalarını tanımırıq”, – deyən Komilov ölkəsinin Ukrayna Rusiya ilə tarixi əlaqələri olduğunu vurğulayıb.

“Dövlət maraqlarını nəzərə alan Özbəkistan hər iki ölkəylə qarşılıqlı əməkdaşlığı davam etdirəcək”, – Komilov deyib.

Özbəkistan Moskvanın Ukraynaya səbəbsiz hücumunu dəstəkləməyən ikinci Orta Asiya ölkəsidir.

Martın əvvəlində Qazaxıstan Ukraynaya qoşun göndərməklə bağlı Moskvanın xahişini rədd edib, Ukraynada Rusiyanın dəstəklədiyi separatçı “respublikalar”ı tanımadığını bildirib.

Komilov onu da deyib ki, Özbəkistan hökuməti Rusiyaya beynəlxalq sanksiyaların ölkəyə iqtisadiyyatına mümkün təsirini önləməyin yolları üzərində işləyir.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra ABŞ, Kanada, Britaniya, Avropa İttifaqı üzvləri bir sıra digər ölkələr Moskvada sanksiyalar tətbiq ediblər.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button