En son xeberler

Katibin gözlənilən zəngi – 24 saat

Fevralın 22-də Moskvada Rusiya Azərbaycan arasında qarşılıqlı yardım müttəfiqlik haqqında bəyannamə imzalanıb. Bundan cəmi 2 gün sonra Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb. Həmin tarixdən keçən 3 həftə ərzində Moskva Bakı arasında rəsmi təmaslar olmayıb, hər halda, bu barədə informasiya verilməyib. 

Amma ABŞ Avropadan Azərbaycan rəhbərliyinə vaxtaşırı zənglər edilir, müzakirələr aparılır. Bu aralıqda Türkiyə xarici işlər naziri Bakıda səfərdə olub, ölkə başçısı İlham Əliyev isə martın 11-də Ankarada prezident Ərdoğanı ziyarət edib. Müttəfiqlər 4 saatlıq müzakirədə həm ikitərəfli münasibətləri, həm də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Üç həftə ərzində İlham Əliyev Fransa prezidenti E.Makron, Avropa İttifaqı Şurasının prezidenti Ş.Mişelllə telefon danışığı aparıb. Dünən isə ABŞ Dövlət katibi E.Blinken Azərbaycan prezidentinə zəng edib. Telefon danışığının məzmunu ilə bağlı Bakıdan Vaşinqtondan yayılan məlumat həm məzmunca, həm də həcminə görə bir-birindən fərqlənir. Prezidentin mətbuat xidmətinin yaydığı informasiyada bildirilir ki, söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Həmçinin regional təhlükəsizlik məsələləri də müzakirə edilib: “Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynaya humanitar yardım göstərdiyinə görə, Azərbaycana təşəkkürünü bildirib”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaydığı bəyanatda isə bildirilir ki, Dövlət katibi Blinken ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlərin əhəmiyyətini ABŞ-ın Cənubi Qafqaz regionunda dinc, demokratik firavan gələcəyə sadiqliyini vurğulayıb.

Ermənistanla Azərbaycan qüvvələri arasında gərginliyin artması ilə bağlı son xəbərləri qeyd edən Dövlət katibi tərəfləri təmkinli olmağa bütün qalan məsələlərin hərtərəfli həll yollarını tapmaq üçün diplomatik səyləri intensivləşdirməyə çağırıb.

Prays deyib ki, Dövlət katibi Azərbaycanda insan hüquqları fundamental azadlıqlara hörmətin vacibliyini vurğulayıb. Bundan başqa, Blinken ABŞ tərəfdaşlarının Moskva onun tərəfdarlarını, o cümlədən Belarusda Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı səbəbsiz əsassız müharibəsinə görə cavabdeh tutmağa davam etmək öhdəliyini çatdırıb. ABŞ rəsmisinin özü isə “Twitter” səhifəsində Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür etdiyini yazıb: 

“Azərbaycan prezidenti ilə regional münaqişələrin həlli Cənubi Qafqazda sülhə doğru irəliləməyin vacibliyi haqqında danışdım. Mən Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürümü bildirdim”. 

Beləliklə, ABŞ Dövlət katibi Azərbaycan prezidenti ilə 3 məsələ ilə bağlı mövqeyini çatıdırıb: Demokratik islahatlar siyasi inkişafın təmin olunması, Ermənistanla gərginləşən münasibətlərin hərbi fazaya keçməməsi Ukraynaya təcavüzə görə Rusiya Belarusa qarşı sanksiyaların dəstəklənməsi, yaxud, onlara hər hansı dəstəyin verilməməsi.  

E.Blinkenin qaldırdığı məsələləri şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, telefon zəngi Ermənistanın Baş naziri N.Paşinyan şikayətləri ilə bağlıdır: “Şikayətlənir ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir. Daha sonra Blinken İlham Əliyevə zəng vurur Paşinyanın “Minsk prosesi” ideyasını dəstəkləyir. Soruşursunuz niyə? Cavab sadədir – ABŞ-a da, Rusiyaya da nəticə yox, münaqişə prosesinin özü mühümdür”.

Eks-nazir bildirib ki, bu məntiq Ukraynadakı hadisələrdə də istifadə olunur: “Onların xoşuna gəlmir ki, Azərbaycan Prezidenti Türkiyə İsrail arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir, xoşlarına gəlmir ki, Türkiyə Prezidenti bizim dövlət başçısı ilə birgə Rusiya-Ukraynanı danışıqlar stolu ətrafında oturtmaq üçün çalışırlar. Onlar istəmirlər ki, Qarabağda rus sülhməramlılarını türklər əvəz etsin. Ona görə zəng vururlar”.

Siyasi təhlilçi Rauf Mirqədirov isə Pressklub.az-a şərhində bildirirb ki, hazırda insan haqları demokratiya məsələləri ABŞ-Azərbaycan münasibətlərində prioritet deyil. “Bu mövzuya yəqin ki, Rusiya-Ukrayna arasında münaqişə həll edildikdən sonra üstünlük veriləcək. Hesab edirəm ki, bundan sonra Azərbaycanın xarici siyasət prioritetlərində ciddi korrektələr olacaq o zaman demokratiya ilə bağlı Bakı ilə Qərb arasında dialoq başlayacaq”,- R.Mirqədirov əlavə edib.

Ekspert qeyd edir ki, hazırda Blinkeni başqa məsələlər narahat edir, o cümlədən, ilk növbədə Rusiyanın tədric olunması: “Doğrudur, Bakı qarşısında elə də ciddi tələblər qoyulmur, amma elə sanksiyalar var ki, Azərbaycan istər-istəməz ona qoşulmalıdır. Məsələn, Rusiyanın maliyyə əlaqələri, hərbi əməkdaşlıq silah satışına qadağa var. Bu addımı atmaq Rusiya hərbi sənaye kompleksinə yardım kimi qiymətləndirilir. Sözsüz ki, Azərbaycandan Rusiya ilə bütün iqtisadi münasibətləri kəsmək, hava məkanını bağlamaq kimi tələblər yoxdur. Amma Azərbaycan hava limanlarında Rusiyanın ABŞ şirkətləri tərəfindən istehsal edilən, lizinqə verdiyi təyyarələrinə həbs qoymalıdır, mülkiyyət məsələlərinin həll olunmasında iştirak etməlidir. Görünür, Azərbaycan bu məsələlərdə sanksiyalara riayət etmək məcburiyyətində qalacağını bildirib. Rusiya aviaşirkətləri də Azərbaycana hava əlaqəsini bərpa edərkən “Boeing”, “Airbus” s. şirkətlərin təyyarələrindən istifadə etməyəcəklərini bildiriblər”. 

R.Mirqədirov düşünür ki, E.Bilnken İlham Əliyevlə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakının gücləndirilməsi məsələsini də müzakirə edib: “Bu, hazırda Qərb üçün çox vacib məsələdir. Məlumdur ki, Avropa ilin sonuna qədər Rusiya neftindən kömüründən tamamilə imtina etmək niyyətindədir. Qaz idxalını isə üçdə iki səviyyəsində azaltmağa çalışacaq. Bu, çox ciddi qərarlardır onların reallaşdırılması üçün bütün alternativ enerji mənbələrindən, marşrutlarından istifadə edilməlidir. Bu kontekstdə ABŞ-ın İranla tələsik nüvə sövdələşməsinə imza atmaq cəhdlərini görürük. Çox qəribədir, əvvəl bu sövdələşmədə tələsməyə çağıran Rusiya indi onun qarşısını almağa çalışır. Şübhəsiz ki, Moskva həmişə Qərb-İran münasibətlərinin normallaşmasına qarşı olub. Çünki Avropanın neft-qaz bazarında rəqibinə çevrilməsini istəməyib. İndi Tehranla bu sövdələşmə baş tutarsa, İranın karbohidrogen ehtiyatlarının Azərbaycanın ərazisindən Avropaya daşınmasında istifadə etmək olar. Çünki yeni infrastrukturun qurulması uzun vaxt aparır. Eyni zamanda Orta Asiyadan neftin daşınmasında da bu marşrutdan istifadə etmək olar. Amma uzun perspektivdə Trans-Xəzər kəmərinin çəkilməsi s. məsələlər müzakirə edilə bilər”. 

Siyasi təhlilçi hesab edir ki, Əliyev-Blinken görüşündə əsas müzakirə mövzularından biri Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı olub: “Düşünürəm ki, Blinken Azərbaycanla bağlı bəzi məsələlərə də toxunub. Bu, Ermənistanla münaqişənin həll olunmasıdır. ABŞ postsoovet məkanında daha bir qaynar münaqişənin olmasını istəmir Qarabağda hərbi əməliyyatların bərpa olunmasında maraqlı deyil”.

Turqut 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button