En son xeberler

iPhone 14 Pro-nun CAD render fotoları ortaya çıxıb

    Bu il təqdim ediləcək iPhone 14 seriyasının Pro modelinin CAD renderləri internetdə ortaya çıxıb. Məlumata əsasən iPhone 14 Pro modeli hal hazırda aktual olan iPhone 13 Pro kimi 6.1 düym ekran ilə təchiz olunacaq. Bununla belə yeni smartfonun ekranının yuxarı mərkəz hissəsində 1 geniş çıxıntı əvəzinə ekran üzərində 2 ədəd çıxıntı yerləşdiriləcək. Onlardan biri dairəvi, digəri isə bir qədər uzunsov formada olacaq. Həmin çıxıntılar daxilində Face ID sistemi ön kamera yerləşdiriləcək. Ekranın 120 Hz-lik təsvir yenilənməsinə sahib olacağı gözlənilir.

    Son məlumatlara əsasən iPhone 14 Pro modeli A16 Bionic prosessoru 6 GB RAM ilə təchiz olunacaq. Pro modellərdən fərqli olaraq isə adi iPhone 14 iPhone 14 Max modellərinin keçən ilki A15 Bionic prosessoru ilə təchiz olunacaqları güman edilir. Ortaya çıxmış CAD renderlər smartfonun sahib olacağı arxa kamera dizaynını qiymətləndirmək imkanını verirlər. CAD renderlərdən də görmək olar ki, kvadrat formasında olan arxa kamera sahəsi özündə 3 ədəd kamera obyektivini, işıqlandırma sistemini, LiDAR skanerini mikrofonu birləşdirir. Smartfonun kənar hissələrində isə fiziki idarəetmə düymələri yerləşəcəklər. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button