En son xeberler

Instagram-a NFT dəstəyi əlavə ediləcək

    South by Southwest adlı tədbirdə çıxış edən zaman Meta şirktəinin CEO-su Mark Zuckerberg elan edib ki, yaxın bir neçə ay ərzində Instagram-a NFT dəstəyi əlavə ediləcək. O həmçinin bildirib ki, Instagram daxilində NFT-lərdən istifadə etməklə yanaşı onların yaradılması imkanının olacağına da ümid edir. NFT-lərin Meta şirkətinin platformasında istifadəyə verilməsi gözlənilən idi. Bu sadəcə olaraq zaman məsələsi idi. Keçən il Instagram-ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservis NFT dəstəyini nəzərdən keçirdir bu sahədə araşdırmalar aparır. Lakin həmin vaxtda bu məsələ ilə bağlı hansısa ciddi anons edilməişdi. Yanvar ayında isə məlumat ortaya çıxmışdı ki, Instagram Facebook mütəxəssisləri artıq bu məsələ ilə bağlı ciddi işlərə start veriblər.

    Güman olunurdu ki, Instagram Facebook istifadəçiləri NFT təsvirləri profil fotolarında istifadə edə, fərdi tokenlərini yarada onları sata biləcəklər. Mark Zuckerberg NFT dəstəyinin necə reallaşdırılacağı barəsində ətraflı məlumat verməyib. Ümumiyyətlə Instagram daxilində NFT-nin necə çalışacağı aydın deyil. Nəzəri cəhətdən fotoservis daxilində daha məşhur paylaşımları satmaq imkanı ya məhdud sayda istifadəçi üçün nəzərdə tutulmuş Stories paylaşımına baxmaq yolunda tokenlərin istifadəsi imkanı reallaşdırıla bilər. Lakin biznes baxımından ən cəlbedici variant Instagram-ın fərdi NFT marketplace platformasına sahib olmasıdır. Təbii ki, metakainat üçün olan texnoloji bazanı da nəzərdən ayırmaq lazım deyil. Belə ki, NFT-siz metakainatı təsəvvür etmək mümkün deyil. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button