En son xeberler

Rusiya defolt qarşısında – Üç ssenari hazırlanıb

Rusiya Federasiyasının gələcək perspektivləri Bloomberg analitikləri tərəfindən təhlil olunmuşdur. Ölkənin bu il defolt ehtimalı təxminən 70% qiymətləndirilir. Bu rəqəmə Ukraynanın işğalı birbaşa təsir edib. Bu xarici valyuta defoltu bir əsrdə ilk olacaq.

Qeyd olunur ki, bənzər bir vəziyyət tarixdə bir dəfə, keçən əsrin əvvəlində baş verən inqilabından bolşeviklər çarın borclarını tanımaqdan imtina etdikdən sonra baş verib. Analitiklərin fikrincə, hadisələr üç ssenari üzrə inkişaf edə bilər.

Əgər Rusiya dollarla olan istiqrazların faizlərini martın 16-da ödəsə, defolt aprelin 4-nə qədər təxirə salınacaq. İstiqrazlar rublla alınarsa, əksər investorlar bunu dərhal defolt kimi qəbul edəcəklər. Analitiklərinin başqa bir alternativ ssenarisinə görə, Rusiya borcları ümumiyyətlə ödəməyəcək – o zaman ölkəyə bir aylıq güzəşt müddəti veriləcək. Aprelin 15-dən əvvəl ödəniş edilmədikdə, klassik “sərt” defolt baş verəcək: maliyyələşdirməyə giriş tamamilə bloklanacaq.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button