En son xeberler

Dünyanı dəyişən 20 gün – 24 saat

Martın 15-də Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin 20 günü tamam oldu. Müharibənin bu qədər davam edəcəyini proqnoz edənlər az idi, amma üçüncü həftədən sonra nə zaman bitəcəyi barədə aydın təsəvvür yoxdur. Məlum olur ki, müharibə Rusiyanın hətta Qərbin proqnozlaşdırdığı ssenari üzə getməyib. Çünki:

Rusiya maksimum bir həftə ərzində paytaxt Kiyevi tutub Ukrayna hakimiyyətini kapituliyasiyaya məcbur edəcəyinə inanırdı;

ABŞ Qərb ölkələri Ukrayna ordusunun cəmiyyətinin işğala qarşı bu səviyyədə dirənəcəyini gözləmirdi. 

Rusiya, öz inancına uyğun olaraq, Kiyevi tutmağa göndərdiyi ordu hissələrini zirehli texnikanı maksimum bir həftəlik ərzaq yanacaqla təmin etmişdi. Qərb isə öz vətəndaşlarını diplomatlarını təcili Ukraynadan deportasiya etmişdi. Səfirliklər diplomatik nümayəndəliklər ölkənin qərbinə Polşaya köçürülmüşdü. 

Müharibənin bu günə olan nəticələri dəhşətlidir. İkinci Dünya Müharibəsindən sonra kütləvi dağıntı tələfatın sayına görə əksər münaqişələri geridə qoyur. Ukraynanın maliyyə naziri Serhiy Marçenko yerli mətbuata bildirib ki, müharibə nəticəsində bir çox logistika zəncirləri qırılıb, xeyli sayda müəssisələr dağıdılıb, bəzilərinin də işçiləri çıxıb getdiyi üçün fəaliyyətdən qalıb: “İqtisadiyyat Nazirliyində hesab edirlər ki, müharibənin məsrəfləri ölkə ÜDM-nin üçdə birindən yarısınadək hissəsini, yəni, təxminən 500 milyard dollar təşkil edir. Amma dəqiq məbləğ yalnız müharibə başa çatandan sonra açıqlanacaq”.

Beynəlxalq Valyuta Fondu (BVF) isə bu günlərdə açıqlayıb ki, Ukraynada ÜDM 2022-ci ildə 10 faiz azalacaq, inflyasiya isə 19,1 faizə çata bilər. 

Rusiyanın iqtisadi itkiləri isə həm orduya xərclənən milyardlar, həm də kollektiv Qərbin tətbiq etdiyi ağır iqtisadi sanksiyalar nəticəsində dəyən zərərdir. Məlumdur ki, Rusiyanın 630 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarının 458 milyarda qədəri dondurulub, ölkənin əsas bankları beynəlxalq hesablaşmalardan, avro, dollar, funt-sterlinqlə ticarətdən məhrum edilib. Qərb ümumilikdə Rusiyaya qarşı 6 minə qədər sanksiya tətbiq edib ki, bu, Qərbin əksər inkişaf etmiş ölkələri, maliyyə mərkəzləri ilə əlaqələri bloklayır. Başlıca hədəf Rusiyanın əsas gəlir mənbəyi olan neft-qazın alışından imtinadır, hazırda ABŞ bu addımı atıb, Avropa Birliyi isə ilin sonuna qədər bu ölkədən enerji asılılığını üçdə iki həcmində azaltmaq hədəfini açıqlayıb. 

Son iki həftədə dünyanın ən böyük enerji şirkətləri, habelə iqtisadiyyatın əksər sahələrində iri yatırımları olan korporasiyaları Rusiya bazarını tərk edib. Siyasi hakimiyyətin dayağı olan oliqarxların, onların nəzarətində olan biznes strukturlarının da fəaliyyətinə ağır sanksiyalar tətbiq edilib. Nəticədə itirilən dondurulan vəsaitin həcmi on milyardlarla dollarla ölçülür. Üstəlik, oliqarxiyanın Qərbdəki mal varlığına da əl qoyulur. 

Nəticədə, iqtisadi durum sürətlə ağırlaşmağa başlayıb, qıtlıq, bahalıq hökm sürür, milli valyuta yarıbayarı dəyər itirib. Rusiya əhalisinin bir hissəsi, xüsusən orta təbəqənin təmsilçiləri ölkədən köçməyə başlayıb. Bu köçün ünvanı hələlik Rusiya ilə əlaqələri qırmayan Türkiyə postsovet ölkələridir. Əksər maliyyə qurumları, beyin mərkəzləri yaxın aylarda Rusiyada defolt gözləyirlər. 

Müharibə cəbhəsində vəziyyətə gəlincə, 20 gün ərzində Rusiya ordusu Xerson şəhərini, Xarkov Kiyev ətrafında kiçik qəsəbələri tuta bilib. Hazırda Krıma quru yolun açılmasında əsas maneə olan Mariupol şəhərini mühasirədə saxlayır. Dinc əhalinin bir hissəsinin şəhərdən çıxa bilməməsinə rəğmən Rusiya onlara yaşıl dəhliz verməkdən imtina edərək, ballistik raketlərlə gecə-gündüz atəşə tutur. Bu günə olan məlumata görə, Mariupolda həlak olanların sayı 2500 nəfərə yaxınlaşır.

Ukrayna ordusu işğalçılara qarşı ciddi uğurlu müqavimət göstərir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya ordusu 13 mindən artıq canlı qüvvə yüzlərlə ağır hərbi texnika, reaktiv atəş sistemləri s. hərbi infrastruktur itiriblər. 

Ötən 20 gündə Rusiya ordusu haqqında yaradılmış “dünyada ikinci ən güclü ordu” mifi tamamilə dağılıb. Hərbi ekspertlər itkilərin miqyasını Əfqanıstan müharibəsindəki itkilərlə müqayisə edirlər. Son iki həftədə 5 generalın, onlarla yüksək rütbəli hərbçinin məhv edilməsi, əsir düşənlərin miskin, aşağı motivasiyası, təminatsızlığı, döyüş texnikalarının müasir silahlar qarşısında dayanıqsızlığı heyrətamiz mənzərə yaradır. Bundan başqa, Rusiya rəhbərliyinin Suriyadan muzdlu döyüşçülər cəlb etməsi, Çindən hərbi yardım istəməyə məcbur olması, qeyri slavyanları (çeçenləri) müharibəyə cəlb etməsi Rusiya ordusundakı acınacaqlı vəziyyətin isbatı kimi göstərilir. 

Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin bu gün yaydığı məlumatda Rusiya qüvvələrinin Ukraynada tam gücü ilə maksimum 10-14 gün döyüşə biləcəyi açıqlanıb. Son günlərdə Xarkov başda olmaqla, bir çox şəhərlərə hücum edən mülki vətəndaşları hədəf alan Rusiya ordusunun getdikcə zəiflədiyi vurğulanıb. 

ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Hodges isə bildirib ki, əgər Qərb ölkələri Ukraynaya dəstəyi artırsa, onda təxminən 10 gündən sonra Ukraynada ruslar aktiv döyüş əməliyyatları apara bilməyəcəklər. Generalın sözlərinə görə, rusların kifayət qədər şəxsi heyəti, vaxtı çatmır, döyüş sursatı tükənir.

Ukrayna rəhbərliyi isə əksinə, müdafiəni yaxşı qurub. Qərbin silah, maliyyə kəşfiyyat, logistik dəstəyi də öz sözünü deyir. 18-60 yaşlı kişilərin ölkədən çıxması qadağan edilib, Rusiya işğalına qarşı ümummilli müqavimət təşkil olunub. Böhran şəraitində yüksək səviyyəli idarəetmə, cəmiyyətin səfərbər olunması, təminat məsələlərinin, rabitənin yüksək səviyyədə təşkil edilməsi də qələbə inamını artırır. 

Şübhəsiz ki, Qərbin Rusiyaya qarşı sanksiyaları daha da sərtləşəcək. Artıq ABŞ işğalçı ölkənin dəniz yolları ticarətinin qadağan olunmasını, müttəfiq ölkələrin limanlarının rus gəmiləri yüklərinin üzünə bağlanması məsələsini gündəmə gətirib. 

Ukraynaya isə hərbi, siyasi, humanitar dəstəyin miqyası getdikcə genişlənir. Müharibədə ən çox ehtiyac duyulan müasir silahlar, pul, mənəvi dəstək xalqın mübarizə əzmini daha da gücləndirir. Bu haqda daha geniş yazmaq olar… 

Beləliklə, ötən 20 günün qısa təsvir olunan mənzərəsi bundan ibarətdir. Əsas gözləntilər Rusiya elitasının əl atdığı avantüraya ölkə daxilində etirazların artıb-artmayacağı ilə bağlıdır. Rusiya rəsmi orqanlarının yaydığı məlumata görə, bu günə qədər 15 minə qədər müharibə əleyhdarı həbs olunub. Ölkədə hərbi senzura hökm sürür, əksər sosial şəbəkələr qapadılıb. Sanksiyalar bir tərəfdən, Rusiya hökuməti isə başqa tərəfdən Rusiya xalqlını təsəvvür etmədiyi ağır duruma salıb. 

Cəmiyyət buna dözüb Şimali Koreyaya bənzər idarəçiliklə razılaşacaqmı, yoxsa biz yaxın zamanlarda Rusiya baharını görəcəyik? Hər halda, bu sualın cavabını bilməyə az qalıb…

Turqut 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button