En son xeberler

Windows 11-də daha bir YENİLİK

 Paint Notepad Windows əməliyyat sisteminin yeganə ştat tətbiqləri deyillər.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, sözügedən tətbiqlərdən əlavə olaraq Windows-un tərkibinə həmçinin müxtəlif multimedia alətləri daxildir Microsoft yaxın zamanda onlardan birini təkmilləşdirəcək. Söhbət, videoların redaktə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdən gedir. Yaxın zamanda primitiv Gallery funksiyalarının əvəzinə təkmilləşdirilmiş proqram alətləri istifadəyə veriləcək. Clipchamp adlı tətbiq artıq Windows 11 Insider Preview Build 22572 test versiyasında istifadəyə verilib.

 Sözügedən tətbiq videoların redaktə edilməsi məsələsində əsas tapşırıqların yerinə yetrilməsi üçün sadə interfeys təqdim edir. Lakin buna baxmayaraq tətbiq daha professional videoredaktorların da bəzi funksiyalarını özündə birləşdirir. Tətbiqdə reallaşdırılmış əsas yeniliklərdən biri zaman şkalasınn inteqrasiyasıdır. Həmin zaman şkalası sayəsində videonun ayrı-ayrı hissələrinin dəqiq korreksiyasını reallaşdırmaq mümkün olacaq. Əsas alətlərdən (kəsmə, bölmə, keçidlər animasiyalı mətnlər) əlavə olaraq Clipchamp tətbiqi Microsoft-un digər platformalarının üstünlüklərindən də istifadə edə bilir.

Tətbiq videoların səsləndirilməsi üçün Azure əsaslı xüsusi generatoru dəstəkləyir. Həmin generator isə öz növbəsində mətnləri şifahi nitqə çevirir. Bundan əlavə olaraq tətbiq OneDrive inteqrasiyasına sahibdir onun vasitəsilə lazımi materialları buludda saxlamaq olar. Qeyd etmək lazımdır ki, Windows 11-də istifadəyə veriləcək daha bir yeni tətbiq Microsoft Family olacaq. Onun sayəsində valideynlər öz ailə üzvlərini arzuolunmaz kontentlərdən qoruya Microsoft Edge brauzerində səhifələrin baxılmasını məhdudlaşdıra biləcəklər.

24 saat” “
Windows 11-də daha bir YENİLİK
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button