En son xeberler

Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

    Telegram tərtibatçıları messencer üçün böyük yenilənmə təqdim etdiklərini elan ediblər. Messencerin əldə etdiyi yeniliklər arasında yaxşılaşdırılmış yükləmələr meneceri, yenilənmiş interfeys messencer üzərindən təkmilləşdirilmş canlı yayım var. Beləliklə yenilənmiş yükləmələr meneceri sayəsində istifadəçilər öz aralarında 2 GB-a kimi istənilən faylların mübadiləsini reallaşdıra biləcəklər. Bundan əlavə olaraq tərtibatçılar messencerə yükləmələr bölməsini əlavə ediblər. Onun sayəsində istifadəçilər Telegram-dakı bütün yükləmələrin tarixçələrini real zaman ərzində baş verən yükləmələrin proseslərini izləyə biləcəklər.

    Messencerdə reallaşdırılmış daha bir vacib yenilik yerləşdirmə bölməsinin əlavəsidir. Belə ki, istifadəçi öz dostlarına fotoların göndərilməsi zamanı onun vasitəsilə fotoların sıralanmasını göndərilmənin vizual görüntüsünü izləyə biləcək. Bundan əlavə olaraq daha rahat baxış üçün göndərilən fotoların yerlərini dəyişmək də mümkündür. Bütün bunlardan əlavə olaraq messencerə təkmilləşdirilmiş canlı yayımlar da əlavə edilib. Bundan sonra istifadəçi OBS Xsplit Broadcaster kimi kənar tətbiqlər vasitəsilə messencer üzərindən canlı yayımları reallaşdıra biləcəklər. Bunun üçün istifadəçi videoçat yaratmalı daha sonra “Start With” düyməsinə klikləyərək lazımi canlı yayım tətbiqini seçməlidir. Bütün bu yeniliklər artıq Telegram-ın Android iOS versiyalarında aktivdirlər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button