En son xeberler

Tarixdə ikinci dəfə 2 super kütləli qara dəlikdən ibarət sistem aşkar edilib

    Perdyu Unversitetinin alimləri digər qurumlardan olan həmkarları ilə birlikdə super kütləli qara dəliklərdən ibarət ikili sistemi aşkar ediblər. Yəni aşkar edilmiş sistem daxilində 2 ədəd super kütləli qara dəlik mövcuddur. Bu, tarix ərzində aşkar edilmiş ikinci belə bir sistemdir. Maraqlısı ondadır ki, aşkar edilmiş qara dəliklər artıq çox təhlükəli yaxın məsafədə bir-biriləri ətrafında dövr edirlər. Kosmik standartlar üzrə həmin qara dəliklərin məhv olmalarına çox az zaman qalıb. Söhbət, 10.000 ildən gedir.

    Super kütləli iki qara dəlik birləşərək super meqamassiv kütləli qara dəliyə çevrilən zaman gələcək nəsillər möhtəşəm qravitasiya hadisənin şahidi olacaqlar. Alimlər super kütləli iki qara dəliyi radiomüşahidələr qara dəliklərdən biri ilə bağlı olan fakt sayəsində aşkar ediblər. Fakt isə ondan ibarətdir ki, qara dəliklərdən biri bizim istiqamətə fırlanma oxu boyunca plazma qaz ifraz edir. Əldə edilmiş məlumatlar aparılmış riyazi modelləşdirilmələr onu göstərib ki, hər şey 2 ədəd super kütləli qara dəlikdən ibarət sistemə işarə edir.

    Aşkar edilmiş qara dliklərdən hər biri 100 milyon Günəş kütləsinə sahibdir. Aparılmış hesablamalara əsasən bu iki kosmik obyekt arasındakı məsafə 200 astronomik vahid (0.0031625 işıq ili) təşkil edir. Aşkar edilmiş bu sistemdəki qara dəliklər hətta ilk aşkar edilmiş bu cür sistemdəki qara dəliklər ilə müqayisədə bir-birilərinə 10 dəfə daha çox yaxındırlar. Bu proses çərçivəsində qara dəliklər spiral istiqamət üzrə bir-birilərinə yaxınlaşırlar təqribi olaraq 10.000 ildən sonra onlar tam birləşərək super meqamassiv kütləli vahid qara dəlik əmələ gətirəcəklər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button