En son xeberler

Sirli hədiyyə, gömrükdə saxlanan korifey, milyarder oğluna bağışlanan şah üzüyü…

Yadigar Sadıqlı

1972-ci ilin qışında İran şahının arvadı Fərəh Diba Pəhləvi SSRİ-yə qeyri-rəsmi səfər edir. Səfər çərçivəsində bir sıra respublikalarda olur, o cümlədən Azərbaycana gəlir. 

Bakının bir sıra görmələr yerlərini gəzən şahbanu Dağüstü parkı, Dənizkənarı bulvarı, İncəsənət muzeyini, 26-lar parkını başqa yerləri ziyarət edir. Axşamların birində qonağın şərəfinə verilən ziyafətdə Müslüm Maqomayev, Zeynəb Xanlarova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Fidan Qasımova başqa müğənnilər iştirak edir. 

Maqomayev öz xatirələrində yazır ki, çıxışının şahbanunun xoşuna gəldiyini hiss edir, çünki qonağın Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilova nə isə dediyini görür. Yeri gəlmişkən, Qurban Xəlilov Fərəhə bir köynək daha yaxın idi – o, Ərdəbildə doğulmuşdu. 

Ziyafətin sonrakı hissəsində Fərəhin istəyinə uyğun olaraq, onu Müslümlə tanış edirlər. Azərbaycanca danışan şahbanu onun ifasında daha bir neçə mahnıya qulaq asmaq istədiyini bildirir müğənni onun xahişini yerinə yetirir. Yəqin ki, məhz bu zaman Fərəhin ağlına Maqomayevi İrana dəvət etmək fikri gəlir. 

Sovet vətəndaşının ölkədən çıxmasına isə dövlətin icazəsi lazım idi. Buna görə də məsələ Maqomayevi şəxsən dəvət etmək kimi bəsit deyildi. Problemi rəsmi orqanlarla həll etmək gərəkirdi.

Fərəh Diba bir neçə aydan sonra yenə SSRİ-yə gəldi. Sentyabr-oktyabr aylarında Məhəmməd Rza şah Pəhləvi şimal qonşusunu rəsmi səfərlə ziyarət etdi şahbanu da onu müşayiət edirdi. Ola bilər ki, səfər zamanı Maqomayevi İranda görmək arzusu sovet nümayəndələrinə bildirilir. Yaxud da mümkündür ki, məsələ səfirlik vasitəsilə həll edilib.

Maqomayev müsahibələrinin birində bildirir ki, səfəri şahbanunun tacqoyma mərasiminin ildönümünə planlaşdırılmışdı. Əgər belədirsə, bu, oktyabrın 26-na düşməli idi. Sözügedən dövrdən 5 il əvvəl, 1967-ci il oktyabrın 26-da Fərəhin tacqoyma mərasimi keçirilmiş o, İranın İslam tarixində ilk şahbanu olmuşdu.

Sovet müğənniləri istər daxili, istərsə də xarici konsertlər zamanı qazandıqları pulun az qala hamısını dövlətə ödəyirdilər. Maqomayevin daha bir müsahibəsində deyilir ki, SSRİ-də verdiyi hər konsertə görə ona 200 rubl qonorar ödənilirdi. 45 min adam tutan ağzına qədər dolu olan Rostov stadionunda iki saatlıq konsertə görə 600 manat aldıqda, 1967-ci ildə cinayət işinin fiqurantı olmuş bir müddət çıxışlarına məhdudiyyət qoyulmuşdu. 

Amma İran səfəri qastrol deyildi, Müslüm şahın qonağı kimi dəvət olunmuşdu. Buna baxmayaraq, “Qoskonsert” adlı təşkilatdan ona qabaqcadan bildirildi ki, qonorar alarsa, bunu dövlətə ödəməlidir. 

***

Müğənnini bu səfərdə məşhur pianoçu, sonralar Bakı metrosunda terror aktının qurbanı olacaq Rafiq Babayev müşayiət edirdi. Şahın sarayında keçirilən şənlikdə onlar da qonaq kimi iştirak edir, yeyib-içir, yalnız bəzən öz bacarıqlarını nümayiş etdirirlər. Maqomayev Neapol mahnıları, Fiqaronun kavatinasını, Azərbaycan mahnılarını oxuyur çoxlu alqışlar qazanır.

Müslüm öz xatirələrində şahbanunun bacısının ona yaxınaşdığını İran televiziyası üçün də oxumağı xahiş etdiyini yazır. Amma məlumdur ki, Fərəh valideynlərinin yeganə övladı idi. Yəqin ki, ona yaxınlaşan şahın əkiz bacısı Əşrəf olub. Zatən televiziya, kino kimi sahələr onun himayəsi altında idi.

Özü ilə götürdüyü fonoqramların köməyi ilə televiziya üçün 40 dəqiqəlik veriliş hazırlanır. Bundan sonra ona içində pul olan qalın bir zərf uzadılır. Amma Maqomayev hesab edir ki, səfərinin bütün xərclərini çəkən, bir neçə gün ərzində yüksək səviyyəli xidmətlə təmin edən ev sahibindən pul almaq doğru olmaz zərfi götürməkdən imtina edir. Zatən o pulun da, demək olar ki, hamısı “Qoskonsert”ə çatacaqdı. Buna görə də onun çox şey itirdiyini söyləmək olmaz.

Maqomayevin comərd davranışını eşidən şah onun adına sovet səfirliyinə bir sıra hədiyyələr göndərir: üzərində səkkizguşəli ulduz təsviri olan üzük, xalça, saat, içərisində başqa bəzək əşyaları olan mücrü. Bu zaman səfirlikdən Moskvaya, “Qoskonsert”ə bildirirlər ki, Maqomayev pul almaqdan imtina edib. Əlbəttə, bu xəbər qurumda heç də xoş qarşılanmır.

*** 

Müslüm o zaman Bakıda yaşasa da, buradan xaricə təyyarə reysləri yox idi. Buna görə də gedəndə Moskvadan uçduğu kimi, qayıdanda da Moskvaya enir. Burada gömrüyü keçərkən xoşagəlməz sürprizlə rastlaşır. Gömrüyün qadın əməkdaşı onu “A, bu da Maqomayev, indi sizi yoxlayacağıq” sözləri ilə qarşılayır.

Ukraynalı jurnalist Qordona veriyi müsahibəsində müğənni söyləyir ki, əvvəlcə xanımın zarafat etdiyini düşünür. Çünki tanınmış incəsənət xadimləri, idmançılar bir qayda olaraq yoxlamaya məruz qalmırdılar. Onlar üçün yumşaq rejim tətbiq olunur istər gedəndə, istərsə də gələndə bəzi dəyərli əşyalar keçirə biləcəklərinə göz yumulurdu. Amma Maqomayevin belə yoxlanışa məruz qalması ola bilər ki, şahdan pul almadığına inanmadıqları ilə bağlı idi. Bəlkə də həmin pulları baqajında tapmağa ümid edirdilər.

Bununla belə, pul tapılmayanda xalçaya, mücrüdəki əşyalara irad tutulur, deklarasiyada göstərilmədiyinə görə buraxılmayacağı söylənilir. Bu zaman Maqomayev İranın Moskvadakı səfirliyinin əməkdaşının onları gözlədiyini görür. Həmin adam gedəndə də onları yola saldığından üzdən tanıyırdı.

Müslüm səfirlik əməkdaşını gömrükçü xanıma göstərərək deyir ki, indi onu çağırıb xalçanı digər əşyaları təhvil verəcək, xahiş edəcək ki, şahın hədiyyələri sərhəddən buraxılmadığına görə geri qaytarsın. Nə edəcəyini bilməyən qadın növbə rəisini çağırmalı olur. Rəis də işi çox uzatmayaraq Maqomayevi bütün yükü ilə buraxır. 

Müğənninin xatirələrinə görə, növbəti ildə də şah onu İrana dəvət edir, amma rəsmilər getməsinə icazə vermirlər. Ola bilsin, bu məsələdə “onsuz da bizə bir xeyri yoxdur” düşüncəsi rol oynayıb. 

*** 

Şahın bağışladığı digər hədiyyələrin taleyi barədə məlumatım yoxdur. Üzük isə daim Müslümün barmağında olurdu. Halbuki əvvəllər heç vaxt üzük taxmamışdı özünün etiraf etdiyinə görə, heç xoşlamırmış. Amma şahın hədiyyəsi ürəyincə olub. 

Müslüm Maqomayev 2008-ci ildə vəfat etdi. Altı il sonra isə həyat yoldaşı Tamara Sinyavskaya bütün postsovet məkanında məşhur olan üzüyü 35 yaşını qeyd edən Emin Ağalarova bağışladı. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button