En son xeberler

OnePlus 160 vatt gücündə sürətli şarj texnologiyasına sahib smartfon üzərində çalışır

    İnsayderlərin verdikləri məlumata əsasən OnePlus şirkəti PGKM10 koduna sahib yeni smartfon üzərində çalışır. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən hazırlanan yeni smartfonun əsas özəlliyi ondan ibarət olacaq ki, o, 160 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfonun hansı ad altında satışa çıxacağı barəsində bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, söhbət, 5G dəstəkli smartfondan gedir. Ehtimallar səsləndirilir ki, hazırlanan smartfon OnePlus 10 seriyasına daxil olacaq.

    Həmçinin məlumatda qeyd edilib ki, smartfon MediaTek şirkətinin Dimensity 8100 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən 8 nüvəli bu prosessor özündə Mali-G610 qrafik çipini aparıcı 5G modemi birləşdirir. Bəzi məlumatlara əsasən Smartfon həmçinin 6.7 düym ekran ilə təchiz olunacaq ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Smartfonun arxa kameralarından biri isə 50 MP-lik Sony IMX766 olacaq. Smartfonun 4500 mAh enerji tutumlu batareyaya sahib olacağı güman edilir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button