En son xeberler

Nokia yaxın gələcək üçün flaqman smartfonların istehsalından imtina edib

    Nokia brendi xəbər verib ki, yaxın gələcəkdə premium seqmentə aid yeni Nokia smartfonlarının təqdimatlarını gözləmək lazım deyil. Bu barədə məlumatı brendin top meneceri verib. O, brend tərəfindən qəbul edilmiş bu cür qərarın səbəbini də açıqlayıb. “Hal hazırda 800$ qiymətində smartfonun istehsal edilməsi bizim üçün heç bir məna daşımır” – deyə menecer qeyd edib. Onun sözlərinə əsasən hal hazırda Nokia brendi öz diqqətini əsas biznesinə yönəldib.

    Söhbət, ilkin orta seqmentə sahib smartfonların fiziki düyməli telefonların istehsal olunmalarından gedir. Bununla belə brend öz yeni cihazlarını neçə illər ərzində çalışa bilən, yüksək enerji ehtiyatına münasib qiymətə sahib smartfonlar kimi inkişaf etdirəcək. Qeyd etmək lazımdır ki, Nokia brendinin ən son flaqman smartfonu 2019-cu ildə satışa çıxmış Nokia 9 PureView modeli olub. Lakin Nokia PureView seriyasının növbəti inkişafı davam etmədi. Verilmiş məlumata əsasən Nokia yaxın gələcək üçün flaqman smartfonların istehsalını planlaşdırmır.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button