En son xeberler

Mariupolda yaralanmış hamilə qadın vəfat edib

Mariupoldakı xəstəxanada fotosu yayılmış digər qadın – Mariana Podhurska isə martın 10-da qız uşağı dünyaya gətirib

Ukraynanın Mariupol şəhərində doğum xəstəxanasına hava zərbəsində yaralanmış hamilə qadın doğulmamış körpəsilə birlikdə vəfat edib.

Rusiya qüvvələri xəstəxananı atəşə tutanda qadın onun doğum şöbəsində olub. Onun təcili yardıma aparıldığı foto internetdə geniş yayılıb.

Qadının öldüyünü yerli cərrah Timur Marin “AP”yə təsdiqləyib. Bu barədə Facebook-da “Amerikanın Səsi”nin jurnalisti fotonun müəllifi də yazıb.

Marin deyib ki, partlayış nəticəsində hamilə qadının çanağı ombası dağılıb. Həkimlər qeysəriyyə əməliyyatı aparsalar da, körpədə “həyat əlaməti olmayıb”. Həkimlər ananın həyatını xilas edə bilməyiblər.

Mariupoldakı xəstəxanada fotosu yayılmış digər qadın – Mariana Podhurska isə martın 10-da qız uşağı dünyaya gətirib.

Ziddiyyətli bəyanatlar

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov martın 10-da Rusiya ordusunun xəstəxanaya zərbə endirdiyini təsdiqləyib, onun “uzun müddət Azov Batalyonu digər radikallar tərəfindən zəbt olunduğunu” deyib.

Azov Batalyonu Ukraynanın şərqində müharibənin ilk günlərində Mariupolun müdafiəsində əsas rol oynayıb. Bu qrup üç il öncə neonasist ritorikasına görə Facebook-dan çıxarılıb. Batalyon sonradan rəsmən Milli Qvardiyanın tərkibinə salınıb.

Lavrovun şərhindən bir neçə saat sonra Rusiyanın Müdafiə Nazirliyi xəstəxananın vurulmadığını bildirib.

Həmin hücumda biri uşaq olmaqla üç nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb. Ukrayna Qərb ölkələri hava zərbəsini pisləyiblər.

Atışma davam edir

Martın 14-də Mariupolda digər regionlarda atışma, hava zərbələri davam edib. Kiyevdə yaşayış binasına mərmi düşüb, 2 nəfər həlak olub.

Ukrayna hakimiyyəti Kiyev üzərində raket vurulduğunu, onun qalıqlarının yaşayış məskəninə düşdüyünü, bir nəfərin öldüyünü bildirir.

Donetskin mərkəzinə də raket hücumu olduğu bildirilir. Yayılan foto videolarda yerdə meyitlər görünür. Donetsk təmsilçiləri 20 mülki şəxsin öldürüldüyünü bildirsə də, bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb.

Ukrayna bu hücum haqda şərh verməyib.

2014-cü ildə Moskva Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 22-də isə Rusiya Prezidenti Vladimir Putin həmin separatçı qurumları tanıyıb, iki gün sonra Ukraynaya hücuma başlayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button