En son xeberler

Huwei öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul ilə geri qaytara bilər

    Huawei şirkətinin yeni smartfonları yalnız LTE modemlər ilə təchiz olunurlar. Lakin insayderlərin verdikləri məlumata əsasən şirkət öz cihazlarında 5G dəstəyini qeyri-adi üsullar vasitəsilə bərpasını nəzərdən keçirdir. Çox güman ki, şirkət 5G şəbəkəsini dəstəkləyən texnologiyaları smartfonlar üçün nəzərdə tutulmuş xüsusi aksesuarlara inteqrasiya edə bilər. Bu cür aksesuarlara misal olaraq smartfon keyslərini gətirmək olar. Verilmiş məlumata əsasən Huawei şirkətinin indiki gələcəkdəki smartfonları 5G şəbəkəsinə xüsusi keyslər vasitəsilə qoşula biləcəklər.

    Həmin keyslər isə öz növbələrində USB Type-C girişinə əlavə təchizata sahib olacaqlar. Təəssüflər olsun ki, bu cür keyslərin sahib ola biləcəkləri texniki özəlliklər barəsində heç bir məlumat verilməyib. Gözləntilərə əsasən bu cür üsul vasitəsilə işə düşən 5G şəbəkəsinin effektivliyi birbaşa prosessorlara inteqrasiya edilən 5G modemlərin effektivliklərindən daha aşağı olacaq. Lakin buna baxmayaraq bu cür üsul smartfonlarda 5G şəbəkəsi dəstəyinin ümumiyyətlə olmamasından daha yaxşı olacaq. Smartfonlar üçün nəzərdə tutulmuş bu cür aksesuarların nə zaman hansı qiymətə satışa çıxacaqları barəsində məlumat yoxdur. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button