En son xeberler

Danışıqlar gözlənilir

Rusiya qüvvələrinin mühasirəsində olan Mariupolda yerli rəsmilər artıq 2 mindən çox sakinin öldüyünü bildirirlər

Martın 14-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 19-cu günüdür.

Bu gün Rusiya Ukrayna arasında danışıqların növbəti raundu gözlənilir. Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak, Rusiya tərəfdən Leonid Slutskinin sözlərinə görə, tərəflər kompromisə yaxınlaşırlar.

Rusiya qüvvələrinin mühasirəsində olan Mariupolda yerli rəsmilər artıq 2 mindən çox sakinin öldüyünü bildirirlər.

Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri Ukraynanın Qara dəniz sahilini bağlayıblar, ölkəni beynəlxalq dəniz ticarətindən məhrum ediblər.

Kiyevdə yaşayış binaları atəşə tutulur

Kiyevin Obolon rayonunda yaşayış evinə düşən mərmi isə iki nəfərin həyatına son qoyub, üç nəfər xəstəxanaya yerləşdirilib. Məlumatı Ukraynanın Fövqəladə vəziyyətlər üzrə dövlət xidməti yayıb.

Səhər tezdən Kiyevin şimalındakı Boqatırski küçəsində doqquzmərtəbəli binaya artilleriya mərmisi düşüb. Binanın bir hissəsi dağılıb, bir neçə mərtəbəsində mənzillər yanıb.

Binadan 63 nəfərin xilas edildiyi, yanğının söndürüldüyü bildirilir. Axtarış işləri davam edir.

Kiyevin qərbində “Antonov” aviasiya zavodunun da atəşə tutulduğu xəbər verilir. İtkilər barədə məlumat yoxdur.

2014-cü ildə Moskva Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 22-də isə Prezident Vladimir Putin həmin separatçı qurumları tanıyıb, iki gün sonra Ukraynaya hücuma başlayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button