En son xeberler

Dmitriy Qordon: “Ukrayna Putinin “axilles dabanıdır”

Pressklub TV Ukraynanın tanınmış jurnalisti, teleaparıcı Dmitriy Qordondan ölkəsində regionda baş verən hadisələr barədə müsahibə alıb. Müsahibənin bəzi hissələrini təqdim edirik.

…Mən beşə on dəqiqə qalmış oyandım, pəncərədən baxdım, iki partlayış oldu, elə o dəqiqə özümə gəldim video müraciətimi yazmağa başladım. Bu, müharibə dövründə ilk müraciət idi… 

Putin bu gün “Ukrayna məsələsi”ni həll edir. Qəhrəman Ukrayna ordusunun xalqının belə kütləvi müqaviməti onun üçün gözlənilməz idi. O, təsəvvür edə bilməzdi ki, Ukrayna belə mərdliklə müqavimət göstərəcək, pəncələrdən, tarlalardan, meşələrdən atəş açacaqlar, insanlar əllərinə silah götürəcəklər, özlərini, öz azadlıqlarını, öz Avropa dəyərlərini müdafiə edəcəklər. Putin möhkəm yanıldı. Mən düşünürəm ki, ilk növbədə onun köməkçiləri, hərbi ideoloji sahələrə görə cavabdeh olan şəxslər yanılıblar…

…Ukrayna – Putinin “axilles dabanı”dır. Odur ki, o, burada məğlubiyyətə uğrayacaq. O, artıq məğlub olub. O öz anlamazlığı, ağılsızlığı ilə üzləşib. Ona rus ordusunun məğlubedilməzliyi barədə moizə oxuyanların korrupsiyabazlığı, ağılsızlığı ilə üzləşib. Rus zirehli maşınları, tankları yanır, tərifli rus təyyarələri vurulub salınır, minlərlə rus əsgəri əsir düşür, 13 min nəfərədək hərbçi artıq öldürülüb. Onlar özlərinə Ukrayna meşələrində, düzənlərində, yollarında, şəhərlərində son mənzil tapıblar. Putin açıq-aşkar bunu hesablamamışdı. İndi rus ordusunun hücum planlarına düzəlişlər verilir. Amma nə etsələr də, Putin hansı yenilik fikirləşsə də, müharibə Rusiya şəxsən onun üçün artıq uduzulub… 

…Bu müharibənin vəhşi heyvan sifəti var…

…Ancaq faşistlər rusdilli Xarkovun, rusdilli Mariupolun yaşayış məhəllələrini atəşə tuta bilər. Onlar Nikolayevdə uşaq meydançalarını atəşə tutmaqla, uşaqları öldürməklə, rusdilli şəhərlərə beləmi “rus dünyası” gətirmək istəyirlər?..

…Dünən bir dostum çox gözəl söz dedi. Mən bu barədə düşünməmişdim. Təkrar edəcəyəm. O dedi ki, biz ukraynalılar didərпin xalq vəziyyətinə salınırıq. Bizi öz ərazimizdən qovurlar, Vətənimizdən çıxarırlar. Biz bu gün yəhudilərə oxşayırıq. Nəyə görə? Nəyə görə bizi öldürürlər? Nəyə görə uşaqlarımızı, qocalarımızı, qadınlarımızı öldürürlər? Ona görə ki, biz azadlıq sevirik? Ona görə ki, biz insan kimi yaşamaq istəyirik? Ona görə ki, biz heç kimin daxili işlərinə qarışmadan öz yolumuzla getmək istəyirik? Qətlə yetirilmiş uşaqların dəhşətli kadrları bütün dünyanı dolaşıb. Kiyev vilayətində öz yolu ilə gedən iki pensiyaçının maşınının tankdan yaxın məsafədən vurulmasını əks etdirən kadrlar da o cür. Sonra qapını açanda həmin pensiyaçıları oturacaqda bir-birlərinə sığınmış halda ölü vəziyyətdə tapırlar. Bütün bunlar nəyin naminədir?..

(Müsahibəyə 14 martda Pressklub TV-də baxa bilərsiniz)


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button