En son xeberler

Ukrayna müharibəsi nə ilə bitə bilər? 

Mənbə: Financial Times

Tərcümə: Novator

Böyük Britaniyanın “Financial Times” qəzetində “Rusiyanın Ukraynada apardığı müharibə nə ilə bitə bilər?” başlıqlı məqalə dərc olunub.

Redaksiya heyəti adından təqdim edilmiş məqalədə deyilir ki, iki həftədən çoxdur Rusiya Ukraynada işğalçı müharibə aparır. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı ildırım sürətiylə işğal edib orada özünə loyal hakimiyyət qurmağı planlaşdırırdı, bu planın bir hissəsinin (sürətli işğal) özünü doğrultmadığı bəllidir, Moskvanın planın digər hissəsindən (Ukraynada hakimiyyəti dəyişmək) də geri çəkilməkdə olduğunun əlamətləri müşahidə edilir.

“Financial Times” qəzetinin redaksiyası bu qənaətə son günlər Moskva ilə Kiyev arasında Belarus Türkiyə ərazisində baş tutan danışıqların təhlili nəticəsində gəldiyini qeyd edir.

Redaksiya bildirir ki, düzdür, Moskva danışıqları daha çox imitasiya naminə aparır, amma Kiyevin təhlükəsizliyə zəmanət almaqla neytral dövlət statusuna razılaşa, NATO-ya üzvlük niyyətindən əl çəkə biləcəyinə işarə vurması, həmçinin Moskvanın prezident Putin səviyyəsində olmasa da, digər səviyyələrdə daha Ukraynada hakimiyyəti dəyişmək planından bəhs etməməsi kompromis variantın tapılacağına ümidlər yaradıb.

Eyni zamanda məqalədə vurğulanır ki, hətta hər iki tərəfi razı salacaq variant tapılsa, kompromis əldə edilsə belə, Putin yenə Qərbdən çıxdaş olunmuş vəziyyətdə qalacaq: “Artıq Qərblə işgüzar əlaqələrin çoxu birdəfəlik kəsilib. Avropa ABŞ Rusiyadan enerji daşıyıcıları almağı dayandırmaq qərarını dəyişəsi deyil. Ancaq Kiyevlə razılaşma Putini onun öz hakimiyyətini də laxlada biləcək daha ağır yanlışlıqlardan, daha uzun müddətə qan tökməkdən xilas edə bilər”.

“Financial Times” qəzetinin redaksiyası hesab edir ki, indiki anda ən vacib məsələ atəşkəsə nail olmaqdır: “Putin dialoq yolu ilə nəyəsə nail olmaq istəyində ciddidirsə, onda ilk növbədə atəşkəs barədə razılığa gəlib hücumu dayandırmalıdır”.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button