En son xeberler

Rusiyanın iddiaları Təhlükəsizlik Şurasında tənqid olundu

ABŞ istisna etmir ki, Moskva təsdiqini tapmamış məlumatları yaymaqla özünün bioloji ya kimyəvi hücumlarına zəmin hazırlayır

BMT-də Ukraynada hər hansı bioloji silah hazırlanması üzərində iş aparıldığına dair heç bir məlumat yoxdur.

Bunu martın 11-də BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın tərksilah üzrə ali nümayəndəsi İdzumi Nakamisu deyib.

BMT Təhlükəsizlik Şurasının bu iclasının keçirilməsini Rusiya tələb edib. Bundan əvvəl Moskva ABŞ-ı belə proqramların inkişaf etdirilməsində ittiham etmişdi.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya martın 11-də iddia edib ki, Ukrayna ərazisindəki laboratoriyalarda ABŞ Müdafiə Nazirliyinin dəstəyi ilə bioloji silahlar hazırlanması istiqamətində tədqiqatlar aparılır.

Moskva heç bir sübutlarla əsaslandırılmayan bu iddiaları əvvəllər də səsləndirib.

Vaşinqton Kiyev Moskvanın iddialarına rədd edirlər.

“Tam bir cəfəngiyyat”

ABŞ istisna etmir ki, Moskva bucür təsdiqini tapmamış məlumatları yaymaqla özünün bioloji ya kimyəvi hücumlarına zəmin hazırlayır.

Təhlükəsizlik Şurasının martın 11-də keçirilən iclasında ABŞ-ın BMT-dəki daimi səfiri xanım Linda Tomas-Qrinfild deyib ki, Moskvanın bu iclası özünün Ukraynada hazırladığı hücumdan diqqəti yayındırmaq məqsədilə çağıra biləcəyi ehtimalı ciddi narahatlıq yaradır:

“Rusiyanın özünün başqa ölkələrdə etdiyi qanunsuz hərəkətlərdə başqalarını ittiham etmək kimi üzdəniraq təcrübəsi var”.

Britaniyanın BMT-dəki nümayəndəsi Barbara Vudvord Moskvanın iddialarını “tam bir cəfəngiyyat” adlandırıb deyib ki, Moskva “yeni dərinliklərə qərq olur” Təhlükəsizlik Şurası onun arxasında getməməlidir.

Bundan əvvəl Rusiya silahlı qüvvələrinin Rusiyanın radioloji, bioloji kimyəvi hücumdan müdafiəsi qoşunlarının komandanı İqor Kirillov iddia etmişdi ki, Ukraynada aparılan döyüş əməliyyatları zamanı guya Pentaqonun sifarişi ilə işləyən 30 laboratoriyadan ibarət şəbəkənin üstü açılıb.

Bu iddianı Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə Antalyada keçirilən görüşü zamanı Sergey Lavrov da səsləndirmişdi.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button