En son xeberler

Rusiya ordusu Ukraynaya hücumu genişləndirir

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Lutsk İvano- Frankivsk şəhərlərində iki hərbi aerodromu dağıtdığını, onları sıradan çıxardığını bildirir. Rusiya ordusunun Ukraynaya qarşı üçüncü həftəyə keçmiş işğalını genişləndirdiyi görünür.

Nazirliyin sözçüsü İqor Konaşenkovun söslərinə görə, fevralın 24-dən Rusiya qüvvələri Ukraynada 3 min 213 hərbi obyekti dağıdıblar. Rusiya Ukraynaya qarşı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır.

Rusiyanın iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb. Amma İvano-Frankivsk Lutskda yerli hakimiyyət iki aeroportu yaxınlığında partlayış baş verdiyini bildiriblər. Bu partlayışlar Rusiyanın hücuma keçdiyi ərazilərdən xeyli qərbdə yerləşdiyindən, yeni istiqamətdən hücuma keçildiyini göstərə bilər.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko deyib ki, martın 11-də Rusiya şərqdəki Dnepr sənaye şəhərinə raket zərbələri endirib, azı bir nəfər həlak olub.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button