En son xeberler

Rusiya ordusu Ukraynaya hücumu genişləndirir

Kiyevin meri Vitali Kliçko şəhəri ətrafını 2 milyonadək insanın tərk etdiyini söyləyib

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Lutsk İvano- Frankivsk şəhərlərində iki hərbi aerodromu dağıtdığını, onları sıradan çıxardığını bildirir. Rusiya ordusunun Ukraynaya qarşı üçüncü həftəyə keçmiş işğalını genişləndirdiyi görünür.

Nazirliyin sözçüsü İqor Konaşenkovun söslərinə görə, fevralın 24-dən Rusiya qüvvələri Ukraynada 3 min 213 hərbi obyekti dağıdıblar. Rusiya Ukraynaya qarşı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır.

Dneprə zərbə endirilib

Rusiyanın iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb. Amma İvano-Frankivsk Lutskda yerli hakimiyyət iki aeroportu yaxınlığında partlayış baş verdiyini bildiriblər. Bu partlayışlar Rusiyanın hücuma keçdiyi ərazilərdən xeyli qərbdə yerləşdiyindən, yeni istiqamətdən hücuma keçildiyini göstərə bilər.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşçenko deyib ki, martın 11-də Rusiya şərqdəki Dnepr sənaye şəhərinə raket zərbələri endirib, azı bir nəfər həlak olub.

Britaniyanın Müdafiə Nazirliyi isə Rusiyanın işğal planının məqsədlərinə çatmadığını bildirib. Amma quru qüvvələri məhdud da olsa, irəliləyiş əldə edir.

Qurum logistik problemlərin Rusiyanın hücumuna təsir göstərdiyini deyib, amma növbəti günlərdə hücumun yenilənəcəyi ilə bağlı xəbərdarlıq edib. Paytaxt Kiyevə qarşı da əməliyyatların başlanacağı gözlənir.

Kiyevə hücum hazırlığı

Yeni peyk təsvirləri Kiyev yaxınlığındakı 64 km-lik hərbi konvoyun şəhərlərə meşələrə yayıldığını göstərib. Qaubitsalar isə atəş açmaq mövqeyi alıb ki, bu da şəhərə hücum hazırlığını göstərir.

Kiyevin meri Vitali Kliçko şəhəri ətrafını 2 milyonadək insanın tərk etdiyini söyləyib.

Ukrayna Silahlı qüvvələri Rusiya qüvvələrinin şimal-qərb şərqdən Kiyevə doğru irəlilədiyini, amma Çerniqov tərəfdən geri oturdulduğunu bildirib. Ukrayna döyüşçüləri Baklanova Muraviikaya nəzarəti geri alıblar.

Bu arada Rusiyanı təcrid etmək sanksiyalar yönündə işlər davam edir. Qərb Ukrayna rəsmiləri mühasirədə olan Mariupol liman şəhərində doğum xəstəxanasına raket zərbəsini “müharibə cinayəti” adlandırıblar.

Rusiyanın işğalı başlayandan Ukraynadan qaçanların sayı 2.2 milyona yaxınlaşır. Polşa sərhəd xidməti martın 10-dək 1.43 milyon ukraynalının ora getdiyini bildirib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button