En son xeberler

Putinə ölüm arzulamağa icazə verildi

Sosial şəbəkə idarəçilərindən qeyri-adi addım

Facebook Instagram sosial şəbəkələri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qeyri-adi addım atıb. Pressklub.az Reuters-ə istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri müharibə ilə bağlı mesajlarında Rusiya hərbçilərinə (hərbi əsirlər istisna olmaqla) qarşı zorakılığa, habelə Rusiya prezidenti Putini Belarus prezidenti Lukaşenkonu öldürməyə çağırış edə bilərlər.

Meta-nın daxili elektron məktubunda bildirilir ki, platformanın siyasətindəki bu müvəqqəti dəyişiklik Azərbaycan, Ermənistan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya Ukrayna seqmentinə aiddir. Məktubda qeyd olunur ki, liderlərin ölümünə çağırışa o hallarda icazə veriləcək ki, bu, müharibədən kənar məqsəd daşımasın, həmçinin bu çağırışda onların ölümünün məkan metodları barədə məlumatlar yer almasın: “Biz, əvvəl olduğu kimi, Rusiyanın etimada layiq vətəndaşlarına qarşı zorakılıq çağırışlarına yol verməyəcəyik”.

Qeyd edək ki, bu qərar Rusiyada ciddi narazılıq doğurub. Rusiyanın Vaşinqtondakı səfirliyindən bildirilib ki, Meta-nin qərarı aqressiv cinayətkar xarakter daşıyır, rusiyalılara qarşı düşmənçilik nifrəti təbliğ edir. Rusiya səfirliyi Meta-nın “ekstremist fəaliyyətinin” dayandırılmasını günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button