En son xeberler

DeepMind qədim mətnləri bərpa etməyi bacaran yeni süni zəka sistemini yaradıb

    Google şikətinə məxsus olan DeepMind laboratoriyası daha əvvəl uğurla süni zəkaya insan səviyyəsində proqramlaşdırmanı öyrətmişdi. İndi isə mütəxəssislər daha bir sahəni fəth etmək qərarına gəliblər Söhbət, süni zəkanın tətbiqi arxeologiyada istifadəsindən gedir. Belə ki, DeepMind-ın yaratdığı yeni süni zəka sistemi qədim mətnləri yüksək dəqiqliklə bərpa edə bilir. Yaradılmış yeni süni zəka sistemi qədim mətnlərin itmiş hissələrini bərpa etməklə yanaşı onların mənşəyni tarixini təyin edə bilir. Bunun üçün DeepMind mütəxəssisləri İtaliyadan, Fransadan Yunanıstandan olan tarixçilər ilə birlikdə süni zəka sistemini qədim yunan mətnləri üzrə böyük məlumatlar bazası vasitəsilə təlimatlandırıblar. Nəticədə Ithaca adlı süni zəka sistemi yaradılıb.

    Sözügedən sistem zədələnmiş qədim mətnləri 62% dəqiqliklə bərpa edə, 71% dəqiqliklə onların mənşəyini təyin edə 30 ilə kimi dəqiqliklə onların tarixlərini təyin edə bilir. Məlumdur ki, arxeologiya sahəsində faəliyyət göstərən mütəxəssislər fərdi şəkildə qədim sənədlərin bərpa olunmalarında 25%-lik dəqiqliyə nail olublar. Ithaca vasitəsilə isə bu göstəricini 72%-ə yüksəltmək mümkündür. Süni zəka sistemi qədim mətndəki çatışmayan hər bir hissə üçün bir neçə variantı təqdim edir mütəxəssislər həmin variantlardan birini seçmək imkanına sahib olurlar. DeepMind-ın verdiyi məlumata əsasən süni zəka sistemi digər dəqim dillər ilə çalışmaqda təlimatlandırılır. Bu cür dillərin siyahısına ivrit qədim mayya dili daxildir. Ithaca həm açıq mənbəli koda sahib proqram təminatı formatında həm də pulsuz veb sayt formatında mövcuddur. Mütəxəssislər ondan veb sayt formatında istifadə edə bilərlər.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button