En son xeberler

Azərbaycan və Rusiya xarici işlər nazirləri Antalyada görüşüblər

Bakı/10.03.22  10 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.

Görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.

Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.

Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər  müzakirə edilib.—06D–
 

 

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button