En son xeberler

iPhone SE (2022) hansı RAM yaddaşına sahibdir?

    8 mart tarixində Apple şirkəti yeni iPhone SE (2022) smartfon modelini təqdim etdi. Sözügedən smartfon 5G dəstəkli A15 Bionic proessoru ilə təchiz olunub daha yaxşı kamera (12 MP) ilə diqqəti cəlb edir. Lakin rəsmi məlumatlardan əlavə olaraq smartfonun sahib olduğu RAM yaddaşı məlum olub. Macrumors saytı aşkar edib ki, iPhone SE (2022) modeli 4 GB RAM ilə təchiz olunub. Bu barədə məlumat tərtibatçılıq mühiti olan Xcode 13.3-dəki sətrdə aşkar edilib.

    Qeyd etmək lazımdır ki, iPhone SE (2020) modeli 3 GB RAM ilə təchiz olunur. Yeni smartfonda RAM yaddaşının artırılması öz növbəsində işə salınan tətbiqlərin performanslarının yüksəlməsinə, foto videoların daha yaxşı şəkildə redaktə olunmasına, çoxlu sayda tətbiqə  o cümlədən Safari brauzerində yüklənmiş səhifələrə fon rejimində çalışma şəraitini yaradır. Qeyd etmək lazımdır ki, iPhone SE (2022) modelinin ön sifarişlərinə artıq sabah start verilir. Smartfon 18 mart tarixində 429$ qiymətində satışa çıxacaq.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button