En son xeberler

Bayramov və Lavrov Ukraynadan danışıblar

Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb
Bu gün, martın 10-da Antalya Diplomatiya Forumunda iştirak çərçivəsində Azərbaycan Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov Sergey Lavrov arasında görüş keçirilb.
Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb:
“Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb”.
Xəbər verildiyinə görə, nazirlər regionda mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında da müzakirələr aparıblar:
“Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.”
Antalya Diplomatiya Forumu martın 11-dən 13-nə kimi Türkiyədə keçiriləcək.
Artıq bu forumla bağlı dünyanın bir sıra rəsmiləri Antaliyada toplaşıblar.
Bu gün, martın 10-da Türkiyənin vasitəçiliyi ilə Ukrayna Rusiya xarici işlər nazirləri arasında da görüş olub.Ancaq tərəflərin atəşkəslə bağlı razılıq əldə etmədikləri açıqlanıb.
Xatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.
Yeni müharibədən sonra isə Qərb dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan sanksiyalara qoşulmur.
2020-ci ildə isə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Ötən il isə regionda iqtisadi nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tərəflər daha iki bəyanat imzalayıblar.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan Azərbaycan arasında silahlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ona bitişik 7 rayonu işğal edilmişdi.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button