En son xeberler

Aİ sammitinin gündəliyində əsas məsələ Ukraynadır

Aİ sammitinin bəyanat layihəsindən: “Ukrayna Avropa ailəsinin üzvüdür. Biz Ukrayna ilə bağlarımızı möhkəmlədəcək, partnyorluğumuzu dərinləşdirəcəyik”

Avropa İttifaqı liderlərinin martın 10-da Fransanın Paris yaxınlığındaklı Versal sarayında başlanmış sammitində əsas mövzunun Ukrayna olacağı gözlənilir.

Reuters yazır ki, bu sammitdə Aİ-nin Rusiya qazından asılılığının azaldıması yollarının müzakirəsi də nəzərdə tutulub.

Xəbərdə deyilir ki, sammit Rusiyanın hücumuna məruz qalmış Ukrayanaya güclü siyasi mənəvi dəstək ifadə edəcək, amma Kiyevin Aİ üzvlüyünə sürətləndirilmiş qəbulu məsələsində konkret addımlar gözlənilmir.

Reuters yazır ki, Aİ sammitinin bəyanat layihəsində deyilir: “Ukrayna Avropa ailəsinin üzvüdür. Biz Ukrayna ilə bağlarımızı möhkəmlədəcək, partnyorluğumuzu dərinləşdirəcəyik”.

Xəbərdə bu da qeyd olunur ki, Avropa İttifaqının genişləndirilməsi məsələsi üzv ölkələr arasında fikir ayrılığına səbəb olub.

Proses əslində başlanıb

Həm Rusiya, həm də Ukrayna ilə sərhədi olan Latviyanın baş naziri Krisyanis Karins düşünür ki, Ukraynaya “üzvlüyə namizəd” statusu verilə bilər, amma üzvlük “uzun çətin bir yoldur”.

Bununla belə Karins düşünür ki, Ukraynaya ittifaq qapısının ona açıq olduğu barədə aydın mesaj verilməsi mühümdür.

Ukraynanın üzvlüyə daha tez qəbul olunmasına Fransa, Polşa, Baltik ölkələri tərəfdardırlar, amma məsələn Niderland bu qənaətdədir ki, ittifaqa üzvlük prosesinin vaxt limitini dəyişməyə ehtiyac yoxdur.

Ukrayna artıq Aİ ilə assosiasiya sazişi imzalayıb blokla Kiyev arasında sıx əməkdaşlıq mövcuddur.

Ukrayna Aİ üzrə bir çox proqramlara daxil eduilib.

Buna görə də bəzi diplomatlar Ukraynanın Aİ üzvlüyü prosesinin praktikada əslində başlandığını deyirlər.

Versal sammitində Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə razlılaşmanın əldə olunacağı gözlənilir.

Aİ sammitində qərarlar 27 üzvün hər birinin razılığı ilə qəbul olunur.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button