En son xeberler

Apple yeni iPad Air planşetini, Mac Studio kompüterini və 27 düym-lük Studio Display ekranını təqdim edib

    Apple şirkəti dünən 5G dəstəkli yeni iPhone SE (2022) smartfon modelindən əlavə olaraq 5G dəstəkli 5-ci nəsil iPad Air planşetini, yeni Mac Studio kompüterini 27 düym ölçülü Studio Display ekranını təqdim edib. Yeni iPad Air modeli 5G dəstək ilə yanaşı Apple M1 prosessorunu iPad Pro dizaynını əldə edib. Planşet HDR dəstəkli 10.9 düym Liquid Retina ekran ilə təchiz olunub. Planşetin ön panelinin yuxarı hissəsində 12 MP-lik kamera yerləşdirilib. Planşet həmçinin 12 MP-lik arxa kameraya sahibdir. Yeni iPad Air modeli Apple M1 prosessoru ilə təchiz olunub. Məlumata əsasən M1 prosessoru daha əvvəlki iPad Air-də istifadə edilmiş A14 prosessorundan 60% daha performanslıdır.

    Bundan əlavə olaraq prosessorun qrafik çipi də 2 dəfə daha sürətlidir. Qeyd etmək lazımdır ki, M1-in tərkibinə 16 nüvəli Apple Neural Engine adlı neyron prosessoru, 8 nüvəli mərkəzi prosessor 8 nüvəli qrafik prosessor daxildir. Apple bildirib ki, yeni iPad Air modeli bazarda olan digər rəqib planşetlərdən daha sürətli, öz qiymət kateqoriyasında isə Windows vasitəsilə çalışan istənilən noutbukdan 2 dəfə daha sürətlidir. 5-ci nəsil iPad Air modeli 64/256 GB daxili yaddaş həcminə sahibdir. Planşetin konstruksiyasında stereo səsgücləndiricilər USB Type-C girişi mövcuddur.

    Yeni planşetin əsas fərqləndirici özəlliyi isə ondan ibarətdir ki, o, 5G dəstəyinə sahibdir. Touch ID texnologiyası planşetin yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Daha əvvəlki iPad modelləri kimi yeni iPad Air də Apple Pencil stilusunun dəstəyinə sahibdir. Bundan əlavə olaraq planşetə Magic Keyboard klaviaturasını da birləşdirmək olar. Ayrıca Apple Pencil stilusu 129$-a, Magic Keyboard klaviatura isə 299$-a satılır. Yalnız Wi-Fi dəstəkli modelin qiyməti 599$-dan, 5G dəstəkli modelin qiyməti isə 749$-dan başlayacaq. Planşet 18 mart tarixində satışa çıxacaq.

    Stolüstü Mac Studio kompüterinə gədikdə isə o, kompakt ölçülü Mac mini ilə Mac Pro arasında olan yeni cihazdır. O, güclü texniki özəlliklərə sahibdir ilk növbədə video montaj, animasiyalar 3D modelləşdirmə üzərində çalışaraq yüksək performans tələb edən yaradıcı insanlar üçün nəzərdə tutulub. Mac Studio 5 nanometrlik Apple M1 Ultra prosessoru ilə təchiz olunub. Bu, Apple tərəfindən yaradılmış ən güclü prosessordur. 20 nüvəli Apple M1 Ultra özündə 64 nüvəli qrafik prosessoru 32 nüvəli neyron prosessorunu birləşdirir.

    Qeyd etmək lazımdır ki, Mac Studio-nun daha aşağı səviyyəli modelləri Apple M1 Max prosessoru ilə təchiz olunacaqlar. Mac Studio-nun mərkəzi prosessorunun gücü 28 nüvəli Intel Xeon ilə müqayisədə 60%, qrafik prosessorunun gücü isə Radeon Pro W6900X ilə müqayisədə 80% yüksəlib. Mac Studio metallik gövdəyə sahibdir xarici görünüşcə bir qədər böyük ölçülü Mac mini-ni xatırladır. Kompüterin hündürlüyü 9.4 sm, uzunluğu eni isə 19.6 sm təşkil edir. Kompüterdə güclü soyutma sistemi mövcuddur.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button