En son xeberler

Aİ Rusiyaya sanksiyaları genişləndirir

Rusiyaya sanksiyaların üçüncü raundu fevralın 24-də başlamış işğaldan bəri Aİ-nin razılaşdırdığı ən böyük paketdir

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara rəsmilərə sanksiyaların üçüncü raundunu genişləndirməyə razılaşıb.

Sanksiyalar Moskvanın Ukraynaya qarşı təhrik edilməyən işğalına görə qoyulur.

Aİ Şurasının prezidentliyini icra edən Fransa martın 9-da tvitlərində yazıb ki, yeni sanksiyalar “Rusiyanın Ukraynaya qarşı təcavüzünə bağlı liderlərə, oliqarxlara onların ailə üzvlərinə” aid ediləcək.

Rusiyaya sanksiyaların üçüncü raundu fevralın 24-də başlamış işğaldan bəri Aİ-nin razılaşdırdığı ən böyük paketdir. Rusiya mərkəzi bankının blokdakı aktivləri dondurulur, Aİ ərazisində Kremlin mediasına qadağa qoyulur.

Banklar, ticarəti yasaqlanan mallar

Fransa prezidentliyi bildirir ki, yeni sanksiyalar dənizçilik sektorunu da hədəfləyir, Belarusun üç bankının SWIFT ödəniş sistemindən çıxarılması nəzərdə tutulur. Kriptovalyutalar məsələləri aydınlaşdırılır, Rusiya blok arasında ticarəti yasaqlanan texnologiyalar malların tam siyahısı verilir.

Amma işğalda Moskvaya kömək edən Belarusun hansı banklarının, yaxud hansı texnologiya malların ticarətinin siyahıya salındığı bildirilmir.

Sanksiyaların Şura tərəfindən yazılı şəkildə rəsmən qəbul ediləcəyi vurğulanır.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən Aİ 680 şəxsə 53 quruma sanksiya tətbiq edib. Moskva fevralın sonunda Ukraynanın şərqindəki Luqansk Donetsk regionlarının müstəqilliyini tanıyıb ölkəni işğal etməyə başlayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button