En son xeberler

Rusiya humanitar dəhlizlər açacağını deyir

BMT 1.7 milyondan çox ukraynalının, əsasən qadınlar, uşaqlar yaşlıların ölkədənə qaçdıığını bildirir.

Rusiya Ukraynanın Kiyev daxil bir neçə şəhərindən dinc sakinlərin evakuasiyası üçün martın 8-də humanitar dəhlizlər açacağını bildirib. Ukrayna bu plana alqışlasa da, hələlik, skeptik yanaşır. Çünki indiyədək Moskva yalnız Rusiyaya müttəfiqi Belarusa evakuasiyalar təşkil edib.

Ötən gün tərəflərin danışıqlarının üçüncü raundunda təhlükəsiz dəhlizlərin açılmasıyla bağlı böyük irəliləyiş əldə olunmayıb.

Eyni marşrutlar

Rusiya Müdafiə Nazirliyi Moskva vaxtıyla səhər 10-dan dəhlizlərin açılacağını bildirib. Rusiya humanitar dəhlizlərə görə “sükut rejimi” elan edir.

Kiyev, Mariupol, Xarkov Sumidən evakuasiya marşrutları yenə də Belarus, yaxud Rusiyaya istiqamətlənib. Ukrayna daha öncə bu təklifi rədd eləyib.

Ukrayna ordusunun martın 7-də bildirdiyinə görə, Rusiyanın hücumunu səngidə biliblər. “Düşmənin hücum əməliyyatı aparmasına baxmayaraq, qoşunların irəliləmə tempi nəzərəçarpacaq dərəcədə azalıb”, – məlumatda deyilir.

Silahlı Qüvvələrin Baş Qərargahı martın 8-də səhər Ukrayna qüvvələrinin ölkənin cənubunda, şərqində şimalında mövqelərini müdafiə etdiyini, Kiyevin, şimaldakı Çerniqov şəhərlərinin Ukraynanın əlində olduğunu bildirib.

Bu bəyanatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

1.7 milyondan çox qaçqın

BMT-nin humanitar məsələlər üzrə başçısı Martin Qriffis martın 7-də Təhlükəsizlik Şurasının iclasında insanlara “seçdikləri istiqamətə” getmək üçün təhlükəsiz çıxış yaratmağa çağırıb.

Qriffis deyir ki, Moskvaya göndərilən komanda humanitar yardımın çatdırılmasını gücləndirmək üçün Rusiya ordusu ilə koordinasiya işi aparacaq. O, BMT tərəfdaşlarının yüzminlərlə insana ərzaq çatdırdığını söyləyib.

BMT Rusiyanın fevralın 24-də başlatdığı işğaldan sonra 1.7 milyondan çox ukraynalının, əsasən qadınlar, uşaqlar yaşlıların ölkədənə qaçdıığını bildirir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button