En son xeberler

Hackerlər Samsung-un daxili sistemini hack edərək konfidensial məlumatları oğurlayıblar

    Lapsus$ adlı hacker qruplaşması Samsung şirkətinə qarş kiberhücum reallaşdırdığını bildirib. Reallaşdırılmış kiberhücum nəticəsində hackerlər 200 GB həcmində konfidensial məlumat oğurlayıblar. Oğurlanmış məlumatlar arasında həmçinin Galaxy smartfonlarını əhatə edən proqram təminatının mənbə kodu da mövcuddur. Samsung şirkəti baş vermiş kiberhücumu təsdiqləyib. Qeyd etmək lazımdır ki, sözügedən hacker qruplaşması bir neçə müddət bundan öncə həmçinin NVIDIA şirkətinə kiberhücum reallaşdırmış 1 TB həcmində konfidensial məlumatı oğurlamışdı.

    Hackerlərin Samsung-dan oğurladıqları məlumatlar bazasında Galaxy smatfonlarını əhatə edən proqram təminatının mənbə kodu var həmin proqram təminatı cihazların biometrik sistemlərinin şifrələmə funksiyalarının dəstəklənməsində istifadə edilir. Samsung öz bəyanatında kiberhücum nəticəsində oğurlanmış məlumatlar arasında hansı konfidensial məlumatların olduğunu söyləməyib. Şirkət sadəcə olaraq qeyd edib ki, oğurlanmış məlumatlar bazası daxilində Samsung-un müştəriləri partnyorlarını əhatə edən konfidensial məlumatlar yoxdur. Samsung bu məsələ ilə bağlı istintaq aparacağını bildirib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button