En son xeberler

Ciddi yanaşma və xüsusi diqqət tələb edən işləri ertələyin

24saat dünyanın nüfuzlu məşhur ulduz falları portalları “Horoscope” “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç – hər şeyi ataraq dünyanın o biri başına yollanmaq istəyirsiniz. Bu hiss müvəqqətidir. Emosiyalara aldanmayın. Bir qədər əvvəl verdiyiniz öhdəlik vədləri unutmayın. Təmkinli olun, hərdəmxəyal insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlar sizi diqqətlə müşahidə edirlər.

Emosional davranış ciddi problemlərə səbəb ola bilər.

Günün ikinci yarısı birgə layihələr, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideya ya niyyət münaqişə, qarşıdurma, münasibətlərin aydınlaşdırılması ilə korlana bilər.

Dözümlü, səbrli olun.
 

Buğa – gün ərzində yaranan imkanlar formalaşan şanslardan məntiqlə istifadə edin. Belədə böyük uğura nail olmaq imkanları var. Yaradıcılıq, peşəkar fəaliyyət, təhsildə ciddi irəliləyişlərə nail ola bilərsiniz. İntellektual imkanlarınızın tətbiqini tələb edən işlərdə irəliləyə bilərsiniz.

Maliyyə imkanları perspektivləri baxımından əlverişli gündür. Qiymətli hədiyyə gəlir istisna deyil.

Səfər səyahət uğurlu alınacaq.

Əkizlər – diqqət gözləyir, özünüzü tanıtmağa çalışırsınız. Belə davranış başqa günlərdə, bəlkə də, yerinə düşər, amma indi absurd nəticəyə səbəb ola bilər. Təbii, səmimi davranın. Yalnız belə olan halda məqsədə çata biləcəksiniz.

Diqqət mərkəzində olduğunuz zamanda özünüzü reklam etməyin. Ev işləri məişət qayğıları üçün əlverişli gündür. Maliyyə məsələlərində ehtiatlı olun. Riskli işlərə pul yatırmayın, bədxərclik etməyin.

Yaşam ortamında yeniliklər edə bilərsiniz. Axşam saatlarını sakit istirahətə həsr edin. Dəvət aldığınız tədbirə yollanmaqla bağlı qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün.

Xərçəng – çətin mürəkkəb problem həllini gözləyir. Qeyri-adi, amma çox effektiv çözüm yolunu tapa bilərsiniz. Faydalı praktik vərdişlərin əldə olunması, bilik təcrübələrin artırılması üçün münasib zamandır. Yaradıcılıq potensialı yüksəkdir. Cəsur ideyalarınızı intensiv şəkildə həyata keçirə bilərsiniz.

Yaşlı qohumlar üçün düşərli gündür. Onların müdrik məsləhətləri karınıza gələcək.

Günün ikinci yarısında səfər ya gəzintiyə yollanmaq olar. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.

Şir – uğurlu xoş gündür. Sizi maraqlı görüşlər, söhbətlər gözləyir. Hisslərinizə hakim olun, düşünülmüş qərarlar qəbul edin. Diqqəti özünüzə cəlb etmək üçün izafi səylər göstərməyin. İmiclə eksperimentlər etmək, qarderobu yeniləmək olar.

Diplomatcasına davranış, səbr, sayıq davranış sizə ən xoşagəlməz, ünsiyyətdə çətin insanlarla təmaslarda da gözlənilən nəticəni əldə etməyə imkan verəcək.

Ailədə çoxdan bəri çözülməmiş problemi həll etmək olar. Uydurma iradlara fikir verməyin.

Qız – rəğbət dost münasibətilərinə can atdığınız insanlarla görüş üçün münasib gündür. Onlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bilik bacarıqlarınızı, təcrübənizi nümayiş etdirin. Qətiyyətli qərara iradəli addıma hazır olun. Çoxdan bəri təxirə saldığınız, ertələdiyiniz ideyanı reallaşdırmağa başlayın.

Sevimli insanla ünsiyyət günün ikinci yarısında sizi xüsusilə sevindirəcək. Hansısa məsələdə kompromis qərarın əldə olunması ya ortaq məxrəcə gəlinməsi mümkün olmasa da, emosional davranmayın.

Tərəzi – səbrli, soyuqqanlı, təmkinli olun. Mahiyyət etibarilə pis olmayan günü düşünülməmiş hərəkətlər ekstravaqant, anlaşılmaz qərarlarla pozmayın.

Sözlərinizdə haqlı ola bilərsiniz. Amma sərt açıqlamalar xətrinə dəymək istəmədiyiniz insanı incidə bilər. Bunu etməyin. Günün emosional fonu stabil deyil. İstənilən problem sizi təbdən çıxara bilər.

Dəvət aldığınız bütün tədbirlərə yollanmayın. İnsanların gur olduğu yerdən kənar durun. Açıq havada aktiv istirahət əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.

Anlaşma sövdələşmələr məsləhət deyil.

Əqrəb – arzular istəklərin həyata keçməsinə çalışmaq, sözsüz, pis deyil. Lakin elə davranış sizə baha başa gələ bilər. Yolveriləndən artıq pul xərcləməyin, bədxərclik etməyin. Qənaətdə fayda var. Alış-verişə yollananda vaxtında “dayanmağı” bacarın.

Günün ikinci yarısı əlverişlidir. Bir qədər əvvəl başladığınız işi başa vurun. Son vaxtlar sizi maraqlandıran suallara cavab ala bilərsiniz. Hisslərinizi etiraf etmək ya sadəcə, sevdiyiniz insanla səmimi danışıq üçün əlverişli gündür.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Oxatan – mübahisə diskussiyalarda iradəli olun. Sizə gərəkli işin başa çatdırılması üçün qətiyyətli davranın. Əsla geri çəkilməyin. İddia iradlarınızın arqumentlər bazası zəif olmamalıdır. Belədə indiyədək yalnız özünü absolyut həqiqət carçısı sayan insanlar belə, sizi dinləyəcəklər.

Yeni ideyalar yaranır. Həmin ideyaların reallaşdırılmasında sizə yardım edən şəxslər tapılacaq.

Günün ikinci yarısında fiziki əməyə xüsusi önəm verin. Belə əmək sizi yormayacaq, əksinə, gümrahlıq verəcək.

Yaşam potensialınızın səviyyəsi yüksəkdir.

Oğlaq – yeni genişmiqyaslı işə, sərfəli sifarişin icrasına başlaya bilərsiniz. Aktiv, enerjili, nikbin olun.

Alış-veriş maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Soyuqqanlı təmkinli olun, bədxərclik etməyin, hesablamalarda yanılmamağa çalışın.

Günün ikinci yarısında alacağınız təklifə dərhal cavab verməyə tələsməyin. Situasiyanı perspektivləri aramla dəyərləndirin.

Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Dolça – ünsiyyətdə problemlərinizin olduğu insanla təmasları minimuma endirin. Gərgin, mürəkkəb gündür. Görüş danışıqlarda diqqətli olun.

Dostlar çətin anlarda sizi tək qoymayacaq. Ciddi yanaşma xüsusi diqqət tələb edən işləri ertələyin.

Maliyyə məsələlərini çözməyə çalışmaq, pulla bağlı əməliyyatlara başlamaq məsləhət deyil. Əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz. Kimsəyə borc verməyin.

Axşam saatlarında qəfil qonaq gələ bilər.

Balıqlar – ətrafınızdakı insanların hamısına ifrat dərəcədə güvənməyin. Sizi indiyədək aldadan ya yarı yolda qoyan insanlara etimad göstərməyin. Fırıldaq qurbanı olmaq, başqalarının hiyləgərlik ya intriqasının toruna düşmək riski var. Diqqətli olun. Planlaşdırılmış işləri unutmayın, görüşə tələsməyin, anlaşmaları pozmayın.

Günün ikinci yarısında yaxınlarınızdan birinin sizdən küsməsinə şərait yaratmayın.

Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı razılaşma, sövdələşmələr üçün əlverişli gün deyil. Köç, yerdəyişmə ya yaşamda nəyisə köklü şəkildə dəyişməyə can atmaq məsləhət deyil.

24saat


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button