En son xeberler

Xiaomi 12 Ultra flaqman smartfonunun render fotoları və texniki özəllikləri ortaya çıxıb

    İnternetdə Xiaomi 12 Ultra flaqman smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Bu dəfə insayderlər sözügedən smartfon modelinin arxa panelinin render fotolarını təqdim ediblər. Bundan əlavə olaraq smartfonun bəzi texniki özəllikləri də məlum olub. Xiaomi 12 Ultra modeli bazarda Qualcomm-un yeni prosessorunu əldə edəcək ilk smartfon modeli ola bilər. Beləliklə təqdim edilmiş render fotolarına əsasən Xiaomi 12 Ultra smartfonunun arxa panelində kameralar üçün nəzərdə tutulmuş böyük ölçülü dairəvi sahə yerləşəcək.

    Həmin sahə özündə 4 ədəd kameranı birləşdirəcək. Gözləntilərə əsasən kameralardan biri optik zoom özəllikli periskop kamera olacaq. Məlumata əsasən Xiaomi 12 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli AMOLED ekran, Snapdragon 8 Gen 1 Plus prosessoru, 16 GB-a kimi RAM, 512 GB-a kimi daxili yaddaş həcmi 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi 12 Ultra-nın nə zaman təqdim olunacağı hansı qiymətə satılacağı barəsində heç bir məlumat yoxdur.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button