En son xeberler

Tokayev Rusiyanın dörd universitetini təqaüd proqramına salıb

“Bolaşak” Qazaxıstanın məşhur dövlət təqaüd proqramıdır. Proqram təsis edildiyi 1993-cü ildən 11 min insanı dünyanın, ilk növbədə ABŞ Britaniyanın nüfuzlu universitetlərində oxudub.

Ancaq Prezident Kasım-Jomart Tokayev bu yaxınlarda proqramın universitet siyahısına Rusiyanın aşağı reytinqli dörd universitetini də əlavə edib. Prezident yanvarın 21-də təqaüd proqramının Rusiyanın texnoloji məktəblərinə fokuslanmalı olduğunu deyib.

Onun bu addımını tənqid edənlər qərarın siyasi motivli olduğunu deyirlər. Bəzi “Bolaşak” məzunları Rusiyada təhsilin aşağı keyfiyyəti ilə bağlı narahatlıq ifadə edirlər.

Tənqidçi ekspertlər Tokayevin bu tapşırığını Moskvaya loyallıq nümayişi kimi qəbul edirlər. Moskva yanvar etirazları zamanı Tokayevin dəvəti ilə KTMT qoşunlarını onun köməyinə göndərərək müvəqqəti olaraq Qazaxıstan ərazisində yerləşdirmiş, Tokayevin hakimiyyətdən getməsinin qarşısını almışdı. Bu etirazlar zamanı yüzlərlə insan həyatını itirmişdi.

Qazaxıstanın bilikli istedadlı gənclərini yüksək reytinqli xarici universitetlərdə oxumağa göndərən “Bolaşak” proqramı onların bütün xərclərini ödəyir. Məzunlar diplomlarını aldıqdan sonra vətənə qayıdaraq azı beş il burada çalışmaq öhdəliyi götürürlər.

“Bolaşak”ı idarə edən Qazaxıstanın Beynəlxalq Proqramlar Mərkəzi universitetləri öz siyahısına əlavə edərkən dünyanın üç nüfuzlu reytinq siyahısına baxır: “Quacquarelli Symonds”, “Times Higher Education” “Academic Ranking of World Universities” (Shanghai Ranking).

“Bolaşak”ın siyahısına düşəcək universitet bu reytinq siyahılarının azı ikisində ilk 250 universitet arasında olmalıdır. Ancaq bunu siyahıya daxil edilmiş dörd Rusiya universitetinə şamil etmək olmaz.

Tokayevin tapşırığı ilə siyahıya salınan Rusiya universitetləri bunlardır: Bauman adına Moskva Dövlət Texniki Universiteti, Milli Nüvə Tədqiqatları Universiteti, Moskva Fizika Texnologiya İnstitutu Sankt-Peterburq Dövlət Universiteti. Onların heç biri reytinq siyahılarında ilk 250 yerdən birini tutmayıb.

AzadlıqRadiosunun bu haqda sualına cavab verən Beynəlxalq Proqramlar Mərkəzi bunun Tokayevin tapşırığı olduğunu deyib.

Proqram bu vaxta qədər siyahısında olan Rusiya universitetlərini akademik reytinq cədvəllərində nisbətən yuxarı yerlər tutmuş ali məktəblər arasından seçirdi. Rusiya Dövlət Universiteti bir neçə tibb məktəbi də onların arasında idi.

Britaniyanın Mançester Universitetində Qabaqcıl nəzarət sistem mühəndisliyi sahəsində dərəcə alan bir keçmiş “Bolaşak” təqaüdçüsü deyib ki, Rusiya mühəndislik texnologiyaları sahəsində Qərb ölkələrindən çox geri qalır.

“Qabaqcıl texnologiyaları öyrənmək üçün Rusiyada yox, Qərbdə oxumalısınız”, – adının çəkilməsini istəməyən “Bolaşak” məzunu deyib.

Başqa bir keçmiş “Bolaşak” iştirakçısı isə deyib ki, Qərb universitetlərində ingilis dilində oxumaq əlavə üstünlüklər qazandırır.

“Sürətlə inkişaf edən dünyada dəqiq elmlər texnologiya sahəsində dərsliklər daim yenilənir ən son elmi məlumat ingilis dilində olur”, – London Universitet Kollecinin məzunu, kimya mühəndisliyi sahəsində doktor dərəcəsi almış Asiya Ermuxambetova deyib.

“Bu, Tokayevin Rusiya Vladimir Putinə loyallıq nümayiş etdirmək cəhdidir. KTMT-nin köməyindən sonra Tokayev konkret bir hərəkətlə özünü Moskvaya Putin tərəfdarı kimi göstərməli idi”, – siyasi təhlilçi Şalkar Nurseit deyib. Onun sözlərinə görə, Rusiya həm də qazaxlar rus universitetlərində oxuduqları halda, bu ölkəyə pərəstiş edəcəklərinə ümid edir.

“Mən bunu təhsil sahəsində tərəfdaşlıq adlandırmazdım. Məqsəd rusiyayönlü mütəxəssislər yetişdirməkdir Rusiya bu məsələdə kömək edəcək”, – Nurseit radioya deyib.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button