En son xeberler

Rusiyanın üzərinə daha ağır sanksiyalar gözlənilir

Avropa rəsmilərindən biri AzadlıqRadiosuna deyib ki, bu sanksiyalar artıq martın 8-də elan oluna bilər
Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edirlər.
Bloomberg yazır ki, bu dəfə söhbət limanlardan, gəmilərdən Rusiyanın hərbi avadanlığı üçün texnologiyalardan gedə bilər.
Eyni zamanda rusiyalılara qarşı fərdi sanksiyalar da müzakirə olunur.
Qərbin qara siyahısına indiyədək sanksiya olunmamış yeni adlar daxil ediləcək.
Brüssel habelə bu vaxtadək Rusiyaya elan olunmuş sanksiyalara əməl olunmasına nəzarəti gücləndirmək nityyətindədir.
Məqsəd Rusiyanın sanksiyalardan yayınmaq üçün bütün dolayısı ilə kanallarını kəsməkdir.
Avropa rəsmilərindən biri AzadlıqRadiosuna deyib ki, bu sanksiyalar artıq martın 8-də elan oluna bilər.
Bu arada Birləşmiş Ştatlar avropalı partnyorları ilə Rusiya neftinə embarqo qoyulması məsələsini müzakirə edir.
Bu baraədə məlumat verən ABŞ dövlət katibi Entoni Blinken martın 6-da deyib ki, hazırda Rusiya neftinin idxalının dayandırılması ilə yanaşı dünya bazarında kəsinti yaranmaması üçün detallar müzakirə olunur.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button